Biləsuvarda zəncirvari qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub

Biləsuvarda zəncirvari qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub
SOSİAL
20:56 11.10.2026
179
Biləsuvar rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Qəza nəticəsində 1964-cü il təvəllüdlü Fəxrəddin Adil oğlu Qurbanov həyatını itirib.

Hadisə zamanı Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Mahmudağa Hacıağa oğlu Əliyev, paytaxtın Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Nişanə Mübariz qızı Əmənova, Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Rauf Volodiya oğlu Məmmədov və Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Pərviz Mübariz oğlu Əhədov xəsarət alıblar.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR