AZXEBER.COM-un məlumatına görə, AFP xəbər agentliyi fotoşəkilləri analiz edərək onların “Əl Qaidə” liderinə aid olmadığını aşkara çıxarıb. Xəbər agentliyinin iddiasına görə, şəklin orijinalı şəxsiyyəti məlum olmayan birinə aiddir. Lakin Bin Ladenin arxiv şəkillərindən üz hissəsi saqqalla birlikdə şəxsiyyəti naməlum cəsəd şəklinin üzərinə yapışdırılıb. Bununla da şəkillər Ladenə aid görünsə də, aparılan analiz əksini ortaya qoyub.