Bu haqda ABŞ rəsmiləri Röyters agentliyinə məlumat verib. Onlar bildirib ki, bu videoların kimlər tərəfindən əldə edildiyi haqda dəqiq informasiya yoxdur. Həmçinin, Bin Ladenin bu videolardan xəbərdar olub-olmadığı da bilinmir. Video materialların İnternet vasitəsilə əldə edildiyi güman olunur. Pornoqrafik materialların nə yolla əldə edildiyi hazırda araşdırılır. ABŞ rəsmiləri sabiq “Əl-Qaidə” liderinin elektron mesajları analoji yolla əldə etdiyini güman edir