Binəqədinin hərbi komissarı həbs olunub

Bütün Xəbərlər
17:21 09.04.2011
1709
Feyzi Ağabəyov barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Onun hansı cinayətdə ittiham olunduğu hələlik açıqlanmır. Binəqədi Rayon Hərbi Komissarlığından Tia.az-a bildirilib ki, Respublika Hərbi Prokurorluğu hazırda komissarlıqda yoxlama aparır.

Binəqədi rayon hərbi komissarının səlahiyyətini müvəqqəti olaraq Mehman Qurbanov icra edir.

Feyzi Ağabəyov bundan əvvəl Masallı rayonunda hərbi komissar işləyib. Bakı Hərbi Məhkəməsindən Tia.az-a verilən məlumata görə, Ağabəyov rüşvət alma və hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə, hakimiyyət həddini aşma cinayətlərində ittiham olunub.

OXŞAR XƏBƏRLƏR