Binəqədi rayon icra başçısı 1-ci müavinini işdən çıxartdı

Binəqədi rayon icra başçısı 1-ci müavinini işdən çıxartdı
Bütün Xəbərlər
13:13 02.12.2013
1334

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov özünün birinci müavini Qəzənfər Novruzovu tutduğu vəzifədən azad edib

Bu barədə icra başçısının özü 7-ci mikrorayon Fərman Məlikov küçəsindəki “Xeyir-şər evi”ndə sakinlərlə keçirdiyi səyyar görüşdə məlumat verib.Qəzənfər Novruzovun işdə yol verdiyi nöqsanlara görə vəzifədən çıxarıldığını deyənXaləddin İsgəndərovbirinci müavininin buraxdığı səhvlər barədə ətraflı məlumat verməyib.Qeyd edək ki, bu görüşdə icra başçısı ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 136 nəfər mikrorayon sakini iştirak edib.Görüşdə sakinlər 7-ci mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə minnətdarlıqlarını bildirməklə yanaşı, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını da xahiş ediblər.Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.Eks-birinci müavin Qəzənfər Novruzovun adı müxtəlif qalmaqallarda hallandırılırdı. Eyni zamanda, Binəqədi sakinləri arasında da ondan narazılıq edənlərin çox olduğu bildirilir.(Milli.az)

OXŞAR XƏBƏRLƏR