Binəqədi rayon icra hakimiyyəti 'Bilik Günü'nə necə hazırlaşır? - FOTOLAR

Binəqədi rayon icra hakimiyyəti
Bütün Xəbərlər
17:25 11.09.2013
1789

Binəqədi Rayon İcra Hakimiyyəti “15 sentyabr – Bilik Günü” münasibətilə rayonda yaşayan aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən olan və əlil uşaqlara məktəbli ləvazimatları paylayıb. 

RİH-dən AZXEBER.COM-a verilən məlumata görə, bununla bağlı keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dövlətin təhsil sahəsinə göstərdiyi qayğıdan danışıb, gənc nəslin təhsil alması, cəmiyyətdə savadlı, sağlam dünyagörüşlü vətəndaşlar kimi formalaşmasının dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi diqqətlə yanaşdığı məsələ olduğunu vurğulayıb.

İcra Hakimiyyəti tərəfindən 200-ə yaxın aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən, qəyyumluqda olan və əlil uşaqlara məktəb ləvazimatları verilib və maddi yardım olunub.

OXŞAR XƏBƏRLƏR