Bakı-Sumqayıt yolunun təxminən 5-ci kilometrliyində, paytaxtın Binəqədi rayonu ərazisində avtomaşın aşıb. 19 yaşlı Əliyev Fuad Yaşar oğlunun idarə etdiyi “Mitsubishi” markalı minik maşını sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı daş hasara çırpılıb. Hadisə nəticəsində avtomaşında olan sərnişin - 20 yaşlı İsmayılova Xədicə Vaqif qızı müəyyən bədən xəsarətləri ilə 1 saylı xəstəxanaya çatdırılıb. Xəsarətləri yüngül olan Xədicə İsmayılova sonradan ambulator müalicə üçün evə buraxılıb.Hadisə yerinə Baş Dövlət Yol Polis idarəsinin ekoloji nəzarət bölüyünün əməkdaşları cəlb olunub və müvafiq araşdırmalar aparılıb. İlkin ehtimala görə, gecə saatlarında yağan qısa müddətli yağış səbəbindən avtomaşın sürüşüb və qəzaya uğrayıb.