Binəqədidə “8 Noyabr-Qürurumuzun, Varlığımızın, Birliyimizin təntənəsi” adlı tədbir keçirildi - FOTOLAR

Binəqədidə “8 Noyabr-Qürurumuzun, Varlığımızın, Birliyimizin təntənəsi” adlı tədbir keçirildi - FOTOLAR
SOSİAL
16:26 07.11.2025
241
06 noyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik ili” çərçivəsində Şanlı Qələbəmizin 5-ci ildönümünə həsr olunmuş "8 Noyabr-Qürurumuzun, Varlığımızın, Birliyimizin təntənəsi” adlı ümumrayon tədbiri keçirildi.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri - Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, Rayon İcra Hakimiyyəti başçısının Qəsəbə və Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin, bələdiyyələrin, məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin, səhiyyə, mədəniyyət müəssisələrinin, ictimai birliklərin rəhbərləri, gənclər və rayon ictimaiyyəti iştirak edirdilər.
           
Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra  Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş sənədli film tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. 
           
Tədbirdə təbrik nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Şanlı Qələbə 8 Noyabr – "Zəfər Günü”nün 5-ci ildönümü  münasibətilə hər bir kəsi təbrik edərək qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin "Mən İlham Əliyevə özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözlərində Qarabağın mütləq azad ediləcəyi inamının ifadə edildiyi duyulurdu. Bu sözlərlərlə bizi çoxdan gözlədiyimiz Zəfərə doğru aparan yolun yeni mərhələsinin əsası qoyulmuş oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan  rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, şəhidlərimizə, qazilərimizə minnətdarıq. Rayon İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını Şanlı Qələbəmizin 5 illiyi, 9 Noyabr –"Dövlət Bayrağı Günü” və Azərbaycan Respublikasının Konstitusiyasının  qəbul edilməsinin 30 illiyi münasibətilə təbrik etdi.
               
Növbəti çıxış edən millət vəkili Azay Quliyev çıxışında qeyd etdi ki, Zəfərimizin beşinci ildönümü bizi bir daha birliyin, qətiyyətin və dövlətçilik ruhunun gücünə inandırır.  Qazanılan Qələbə yalnız silahın deyil, milli iradənin, ölkə rəhbərinin müdrik siyasətinin və xalqın dəmir birliyinin nəticəsidir. Azad Qarabağda bu gün ucalan hər bina, açılan hər məktəb, səslənən hər azan o möhtəşəm günlərin davamıdır. Biz fəxr edirik ki, bu Zəfər xalqımıza məxsusdur və bu Qələbənin işığı gələcək nəsillərin yolunu daim nurlandıracaqdır. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan şəhidlərimizi dərin ehtiram hissi ilə anır, qazilərimizə şəfa diləyir, rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə minnətdarlığımızı bildiririk.
Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxışında qeyd etdi ki, 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu elə bir tarix yazdı ki, bu tarix bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Beləliklə, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına-Qarabağa qovuşdu, tarixi Zəfərə imza atdı. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
         
Şəhid valideynləri adından çıxış edən Vətən müharibəsi şəhidi, Vətən sevdalısı Sadıqlı İbrahimin valideyni Şahin ata çıxışında vurğuladı ki, düz beş ildir ki, o günün, o anın, o hadisənin möhtəşəmliyini, əzəmətini, sevincini, qürurunu doya-doya, içimizə, ruhumuza çəkə-çəkə yaşayırıq…Vətən sevdalısı Oğullarımızın – minlərlə Şəhidimizin, minlərlə qəhrəman Qazimizin, minlərlə İgid Əsgərimizin sayəsində azad oldu Ana Vətən! Dişləri, dırnaqları ilə torpaqlarımızı murdar erməni caynağından qoparan, azad edən Oğullarımız bununla da dünya hərb tarixində yeniliyə imza atdılar. Şahin Sadıqov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya şəhid ailələri adından dərin minnətdarlığını bildirdi.
             
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında qeyd etdi ki, 30 illik münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın azad edilməsi daha geniş coğrafiyanın reallıqlarının dəyişməsi ilə müşahidə olunmuşdur və olunmaqdadır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Şanlı Qələbəsi sayəsində Yer üzərində uzun sürən münaqişələrdən biri öz həllini tapdı. Azərbaycan haqqa, ədalətə çatmağın yolunu göstərdi. Xalqımızın apardığı haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimidir.  8 Noyabr tarixi daim tarixdə qızıl hərflərlə və əbədiyyən qalacaqdır. Hər kəs bu möhtəşəm tarixlə qürurlanacaqdır.
           
Tədbirin bədii hissəsində "Amarok” ritm qrupunun,  Azərbaycan Respublikasının xalq artisti Nəzakət Teymurovanın, Azərbaycan Respublikasının əməkdar artisti Nurlan Növrəslinin, xalqımızın sevimli müğənniləri -Elnur Məmmədovun, Çinarə Məlikzadənin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimi Yaqut Xəlilzadənin ifasında biri-birindən gözəl musiqilər səsləndi. Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında möhtəşəm  "Zəngəzur yallısı” nümayiş edildi. 

Tədbirin sonunda iştirakçılar böyük atəşfəşanlığı seyr etdilər.
 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Taksi sürücülərinin qeydiyyatında YENİLİK - VİDEO
22:08 18.06.2026
Taksi sürücülərinin qeydiyyatında YENİLİK - VİDEO
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
21:52 18.06.2026
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
21:45 18.06.2026
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
21:40 18.06.2026
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO