FHN məlumat yaydı.
Bakının Binəqədi rayonunda səhər saatlarında döyüş sursatları aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZXEBER.COM-a verilən məlumata əsasən, qurumun mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursatlara baxış keçirilib.
Məlum olub ki, bunlar istifadəyə yararlı 2 ədəd RQD-5 markalı əl qumbarası, 1 ədəd UZRQM, 1 ədəd Beretta tapançası, 2 ədəd 26 millimetrlik işıqlandırma patronu, 11 ədəd 5.45 millimetrlik təlim patronu, 1 ədəd 9 millimetrlik patrondur. Sursatlar aidiyyəti üzrə təhvil verilib.
Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.