Dekabrın 17-də Binəqədi rayonu ərazisində oğurluq hadisəsi baş verib. 4-cü Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, rayon sakini, 1985-ci il təvəllüdlü Axundov Azad Cəlal oğlu ərizə ilə müraciət edib. Paytaxt sakini bildirib ki, gecə saatlarında ona məxsus “VAZ 21 099” markalı avtomobilin hər iki dövlət qeydiyyat nişanı (90 KU 186) naməlum şəraitdə oğurlanıb. Bundan başqa, maşından açar seçmək yolu ilə bir sıra sənədlər də aparılıb.Hazırda müraciət əsasında araşdırmalar aparılır.