Binəqədidə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib - FOTOLAR

Binəqədidə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib - FOTOLAR
SOSİAL
10:06 12.09.2026
54

11 sentyabr 2026-cı il tarixində "Şəhərsalma və Memarlıq İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında 2025-2026-cı tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib.

 

AZXEBER.COM xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, İctimai-siyasi və humanitar məsələlər sektorunun əməkdaşları və ali təhsil müəssisələrinə tələbə qəbulu imtahanında rayon üzrə yüksək nəticə göstərən gənclər iştirak ediblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub.


Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan bütün məzunları, valideynləri və onların bu uğurunda əməyi keçən müəllimləri ürəkdən təbrik edərək qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman milli təhsilimizin və elmin inkişafına, gənclərimizin yüksək səviyyədə təhsil almalarına xüsusi diqqət və həssaslıqla yanaşıb.


Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır. Bu gün təhsil müəssisələrimizdə əldə olunan nəticələr müəllimlərin fədakar əməyi və şagirdlərin səylərinin bəhrəsidir.


Ölkəmizdə şəhid ailələrinə, onların övladlarının təhsilinə, gələcəyinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Müasir dövrümüzdə Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə hərtərəfli qayğı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən önəmli proqram və layihələr dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.


Yüksək nailiyyət göstərərək tələbə adı qazanan gənclər onlara yaradılan şəraitə, diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər və ali təhsili uğurla başa vurub respublikamızın inkişafına öz töhfələrini verəcəklərini qeyd ediblər.


Görüşün sonunda 2025-2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə göstərən gənclər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunublar.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu
10:18 12.09.2026
Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu
Dənizə getmək istəyənlərin nəzərinə!
10:08 12.09.2026
Dənizə getmək istəyənlərin nəzərinə!
Binəqədidə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib - FOTOLAR
10:06 12.09.2026
Binəqədidə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib - FOTOLAR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO