Müayinənin əsas məqsədi - qısa müddət ərzindəorqanizmin ümumi vəziyyəti haqqında məlumat əldə etmək.
Qanın qaranlıqsahəli mikroskopiyası nə verir?
Qanın oksigen, su və dəmirlə zənginləşmə dərəcəsini müəyyən etmək (xroniki hipoksiya, qan azlığı)
Laxtalanma sisteminin qiymətləndirilməsi (tromb-əmələgəlməyə meyillik)
İmmun sisteminin funksional vəziyyətinin qiymətləndirilməsi
Hər hansı bir iltihabi prosesin əlamətləri, həmçinin, gizli iltihabi proseslərin aşkarlanması
Qan plazmasının təmizliyi, bakteriyaların aşkarlanması
Qan dövranının qiymətləndirilməsi
Həzm orqanlarının (ödçıxarıcı yollar, mədəaltı vəz) fəaliyyətinin qiymətləndirilməsi
Bağırsaq divarının keçiriciliyinin artması (tam parçalanmamış iriölçülü qıda xilomikronlarının aşkarlanması)
Analizin aparılma qaydaları və şərtləri:
Müayinə üçün 1-2 damla qan qulaq seyvanınınməməciyindən götürülür. Tamamilə
ağrısız prosedurdı.
Qan götürüləndən dərhal sonra ,10-15 dəqiqə ərzində, qanda geriyədönməz dəyişikliklər
yaranana qədər müayinə aparılır.
Müayinə aparmaq üçün ən yaxşı vaxt ac qarına, ya yüngül səhər yeməyindən 2 saat
sonra. Soyuq aylarda -öncədən 300 ml-yə yaxın maye qəbulu vacibdir. Əsas
şərt səhər yeməyində ət, süd, kəsmik, yumurta qəbul etməməkdir.
Yaş məhdudluğu yoxdur.
ƏGƏR SİZ
İl ərzində tez-tez xəstələnirsinizsə
Özünüzü daim yorğun, halsız hiss edirsinizsə
Ürək çırpınmaları, təngnəfəslik, arteial təzyiqin tez-tez yüksəlməsi və aşağı düşməsi varsa
Allergik xəstəliklər sizi narahat edirsə
Mədə bağırsaq sistemində daim diskomfort hissi varsa
Uzun müddət müalicə almağınıza baxmayaraq, özünüzdə heç bir yaxşılaşma hiss etmirsinizsə,
Profilaktik məqsədlə müayinə olunmaq istəyirsinizsə
O ZAMAN BİZƏ MÜRACİYƏT EDƏ BİLƏRSİNİZ !