Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi

Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi
İQTİSADİYYAT
14:47 11.09.2026
482

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 1000-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı - "Spark ’26”da bir araya gətirib.  Festivalda texnologiya, data və süni intellekt istiqamətləri üzrə təhsil alan tələbələr, magistrantlar və məzunlar iştirak ediblər.

Festival gənclərə texnologiya sahəsində baş verən dəyişiklikləri birbaşa bu istiqamətlərdə çalışan mütəxəssislərdən öyrənmək, real iş təcrübəsi ilə tanış olmaq və gələcək karyera yolları barədə daha aydın təsəvvür formalaşdırmaq imkanı verib. İştirakçılar Bir ekosisteminin fəaliyyəti və yaratdığı imkanlarla yanaşı, "Süni intellekt və datanın real biznes mühitində tətbiqi”, "Texnologiyanın gələcəyi və süni intellektin peşələrə təsiri” kimi mövzular ətrafında fikir və təcrübələrlə tanış olublar. 

Festival çərçivəsində Bir ekosisteminin müxtəlif istiqamətləri üzrə rəhbər nümayəndələri – Aygün Musayeva, Maksim Evdokimov, Buğra Şen və Fariz Lətifov çıxış ediblər. Sual-cavab sessiyasında iştirakçılar onları maraqlandıran məsələləri spikerlərlə müzakirə edib, suallarına birbaşa cavab almaq imkanı qazanıblar. Festivalın interaktiv və əyləncə dolu proqramı isə gün ərzində gənclərin ünsiyyət qurmalarına, vaxtlarını maraqlı keçirmələrinə və yeni əlaqələr qurmalarına şərait yaradıb.

Layihə haqqında öz fikirlərini sosial şəbəkə hesabında paylaşan Bir ekosisteminin rəhbəri Fərid Hüseynov "Spark”ın ildən-ilə böyüyərək daha çox gəncin öz uğur hekayəsinə başladığı platformaya çevrilməsini hədəflədiyini vurğulayıb: "Gələcəyi qurmaq sadəcə yeni texnologiya gətirmək deyil, ona ruh verən gənclər üçün doğru mühit yaratmaqdır. "Spark’26” ilk tələbə-texnologiya festivalını da məhz bu məqsədlə ərsəyə gətirdik. 1000-dən çox gəncimizin qatıldığı o coşqulu atmosferi görmək və onların öyrənmək həvəsinə şahid olmaq mənim üçün çox gözəl hiss idi. Bir daha əmin oldum ki, ölkəmizin texnoloji potensialını irəli aparacaq güclü gəncliyimiz var”.

Bir tərəfindən təşkil olunan "Spark ’26” layihəsinin davamlı olması, layihənin gələcəkdə ölkənin ənənəvi illik texnologiya hərəkatına çevrilməsi nəzərdə tutulur.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəm qazının qurbanı oldu - VİDEO
22:56 06.10.2026
Dəm qazının qurbanı oldu - VİDEO
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır