Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi

Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi
İQTİSADİYYAT
14:47 11.09.2026
76

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 1000-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı - "Spark ’26”da bir araya gətirib.  Festivalda texnologiya, data və süni intellekt istiqamətləri üzrə təhsil alan tələbələr, magistrantlar və məzunlar iştirak ediblər.

Festival gənclərə texnologiya sahəsində baş verən dəyişiklikləri birbaşa bu istiqamətlərdə çalışan mütəxəssislərdən öyrənmək, real iş təcrübəsi ilə tanış olmaq və gələcək karyera yolları barədə daha aydın təsəvvür formalaşdırmaq imkanı verib. İştirakçılar Bir ekosisteminin fəaliyyəti və yaratdığı imkanlarla yanaşı, "Süni intellekt və datanın real biznes mühitində tətbiqi”, "Texnologiyanın gələcəyi və süni intellektin peşələrə təsiri” kimi mövzular ətrafında fikir və təcrübələrlə tanış olublar. 

Festival çərçivəsində Bir ekosisteminin müxtəlif istiqamətləri üzrə rəhbər nümayəndələri – Aygün Musayeva, Maksim Evdokimov, Buğra Şen və Fariz Lətifov çıxış ediblər. Sual-cavab sessiyasında iştirakçılar onları maraqlandıran məsələləri spikerlərlə müzakirə edib, suallarına birbaşa cavab almaq imkanı qazanıblar. Festivalın interaktiv və əyləncə dolu proqramı isə gün ərzində gənclərin ünsiyyət qurmalarına, vaxtlarını maraqlı keçirmələrinə və yeni əlaqələr qurmalarına şərait yaradıb.

Layihə haqqında öz fikirlərini sosial şəbəkə hesabında paylaşan Bir ekosisteminin rəhbəri Fərid Hüseynov "Spark”ın ildən-ilə böyüyərək daha çox gəncin öz uğur hekayəsinə başladığı platformaya çevrilməsini hədəflədiyini vurğulayıb: "Gələcəyi qurmaq sadəcə yeni texnologiya gətirmək deyil, ona ruh verən gənclər üçün doğru mühit yaratmaqdır. "Spark’26 ilk tələbə-texnologiya festivalını da məhz bu məqsədlə ərsəyə gətirdik. 1000-dən çox gəncimizin qatıldığı o coşqulu atmosferi görmək və onların öyrənmək həvəsinə şahid olmaq mənim üçün çox gözəl hiss idi. Bir daha əmin oldum ki, ölkəmizin texnoloji potensialını irəli aparacaq güclü gəncliyimiz var”.

Bir tərəfindən təşkil olunan "Spark ’26” layihəsinin davamlı olması, layihənin gələcəkölkənin ənənəvi illik texnologiya hərəkatına çevrilməsi nəzərdə tutulur.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
15:12 11.09.2026
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
İnvestisiya üçün obyekt axtaranlara: Bakının bu ərazilərində yeni seçimlər var
14:59 11.09.2026
İnvestisiya üçün obyekt axtaranlara: Bakının bu ərazilərində yeni seçimlər var
“Koroğlu”da ekspres avtobuslar üçün yenilik – “Avtobuslara böyük yük düşəcək”
14:57 11.09.2026
“Koroğlu”da ekspres avtobuslar üçün yenilik – “Avtobuslara böyük yük düşəcək”
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi
14:47 11.09.2026
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar
14:46 11.09.2026
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar
Adı 7 universitetin qəbul siyahısında idi... - "Maarifçi" Aytacın uğur yolu
14:44 11.09.2026
Adı 7 universitetin qəbul siyahısında idi... - "Maarifçi" Aytacın uğur yolu
Siyasət meydanından idman zalına: Liderlərin təəccübləndirən FOTOLARI
14:20 11.09.2026
Siyasət meydanından idman zalına: Liderlərin təəccübləndirən FOTOLARI
Şəkidə 4 nəfəri çaqqal dişlədi
13:54 11.09.2026
Şəkidə 4 nəfəri çaqqal dişlədi
“Erkən evlilik halları tamamilə kökündən kəsilməyəcək” – Kəmalə Ağazadə
13:52 11.09.2026
“Erkən evlilik halları tamamilə kökündən kəsilməyəcək” – Kəmalə Ağazadə
İşdən çıxanda bonus da itir? – Hüquqşünasdan İŞÇİLƏRƏ XƏBƏRDARLIQ
13:50 11.09.2026
İşdən çıxanda bonus da itir? – Hüquqşünasdan İŞÇİLƏRƏ XƏBƏRDARLIQ
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
13:45 11.09.2026
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
Hava yenə dəyişir: Leysan, dolu...
13:36 11.09.2026
Hava yenə dəyişir: Leysan, dolu...
Nepalda sel fəlakətində ölənlərin sayı artdı
13:21 11.09.2026
Nepalda sel fəlakətində ölənlərin sayı artdı
""Filankəs xanımın məktəbi" yaxşı anlayış deyil"
12:52 11.09.2026
""Filankəs xanımın məktəbi" yaxşı anlayış deyil"
Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə
12:35 11.09.2026
Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanıldı
12:31 11.09.2026
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanıldı