Şəki-Qax yolunda Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnmiş yol qəzası qeydə alınıb.
AZXEBER.COM-a rayon Polis Şöbəsindən verilən məlumata əsasən, Şəkinin Aşağı Göynük kənd sakini Süleyman Zamanovun idarə etdiyi 44-BB-104 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobillə Balakən rayon sakini Elşən Osmanovun idarə etdiyi 90-XA-955 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobili ötmək istəyərkən ötmə əməliyyatını yerinə yetirə bilmədiyindən “VAZ-2106”-ı qrunt yola çıxaraq aşıb.
Qəza nəticəsində VAZ-ın sürücüsü və həyat yoldaşı Ülviyyə Salamova, azyaşlı uşaqları Zəkəriyyə Zamanov və Şahzadə Zamanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.Lakin Ülviyyə Salamovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəki Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb.