Bir ailənin 3 uşağı necə batdı? - VİDEO

Bir ailənin 3 uşağı necə batdı? - VİDEO
Bütün Xəbərlər
00:20 08.08.2014
6648

Dünən axşam saatlarında Şüvəlanda qeyri-çimərlik ərazisində batan 5 uşaqdan ikisinin cəsədinin axtarışları davam edir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hava küləkli olduğundan axtarış işlərini bir qədər çətinləşdirir. Ancaq hər iki ailənin yaxınları dalğıclardan xəbər gözləyir.

Hadisə avqustun 6-da axşam saat 21:00 radələrində baş verib. 10 yaşlı Kəmalə Qafil qızı Rəcəbova, onun bacısı, 9 yaşlı İlgül Rəcəbova, qardaşı 6 yaşlı Fariz Qafil oğlu Əliyev və qonşuluqda yaşayan bir ailənin iki üzvü - 14 yaşlı Aydan Fikrət qızı Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyev dənizə getmək qərarına gəliblər.

Hava küləkli olduğundan uşaqlar həyatı faciə ilə bitib. Hadisə baş verən gün Aydan və Hüseyn Fərziyevlərin və İlgül Rəcəbovanın cəsədi tapılıb. Onların hər üçü bu gün dəfn olunub.

Dövlət Sularda Xilasetmə Xidmətindən bildiriblər ki, uşaqlar xilasetmə məntəqəsindən 7-8 kilometr uzaqlıqda çimiblər. Xidmətin şöbə müdiri Elsəvər Həsənovun sözlərinə görə, axtarışa ümumilikdə 10 nəfər dalğıc qrupu cəlb olunub: “Hazırda havanın qeyri-sabit olması, dənizin dalğalı olması səbəbindən yalnız hidrosikklar vasitəsi ilə axtarış xilasetmə işləri davam etdirilir. Texniki təhlükəsizlik qaydalarına uyğun olaraq axtarış aparmaq qeyri-mümkündür. Amma eyni zamanda sahil boyu patrul xidməti təşkil edilib”.

Bir qədər sonra 10 yaşlı Kəmalə Qafil qızı Rəcəbovanın meyiti batdığı yerdən 800-900 metr aralıda, qayaların yanında aşkarlanıb. Azyaşlının meyiti ailəsinə təhvil verilib.

Onun qardaşı 9 yaşlı Fariz Qafil oğlu Əliyevin axtarışları davam etdirilir.

Dövlət Sulardan Xilasetmə Xidməti vətəndaşlara müraciət edərək onları su hövzələrində diqqətli olmağa, azyaşlı uşaqları nəzarətsiz buraxmamağa, qadağan olunmuş yerlərdə ümumiyyətlə çimməməyə çağırıb.

“Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, hələ də bir çox insanlar öz həyalarını təhlükəyə ataraq qeyri-qanuni çimərliklərdən istifadə edirlər ki, bu da sonda bir neçə ailənin faciəsinə səbəb olur. Küləkli havada dənizə girməməyi, valideynlərdən övladlarını nəzarətsiz qoymamaqları xahiş olunur”.

OXŞAR XƏBƏRLƏR