"Bir ay maşın sürməyin" - Bakı polisi

"Bir ay maşın sürməyin" - Bakı polisi
Bütün Xəbərlər
14:00 04.06.2015
1936
Avropa Oyunları ilə əlaqədar Bakı nömrəsi olmayan avtomobillərin paytaxta buraxılmaması sürücülərdə suallar yaradır. 
Ucar sakini olan Elvin adlı oxucu Milli.Az-a yazır ki, özü rayon qeydiyyatında olsa da, avtomobili Bakı nömrəsidir. Bakıya öz maşını ilə gələrsə, hansısa problemlə üzləşə bilərmi?
Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlamasında bildirdi ki, iyunun 1-dən etibarən DYP-nin Bakı nömrəsi olmayan avtomobillərin paytaxta buraxılmasına məhdudiyyəti var. Bunun sürücülər müxtəlif cür yozurlar.
Bölmə rəisinin sözlərinə görə, Avropa Oyunları ilə əlaqədar bütün sürücülərə şəxsi avtomobillərindən istifadə etməmək tövsiyə olunur:
"İstər Bakı nömrəsi olan, istərsə də rayon, maşını Bakı, özü rayon qeydiyyatında olanlar, fərq etməz, maşından istifadə etməsinlər. Dövlət vətəndaşlarının avtomobil sahibi olması üçün hər şəraiti yaradıb, bir ay dövlətin tədbiri üçün maşından imtina etmək olar. Bir ay şəxsi maşınlardan imtina edin".
OXŞAR XƏBƏRLƏR