Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
İQTİSADİYYAT
14:47 22.07.2026
758

 

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş və elektron ticarət ekosistemi olan Bir, "CNBC” və "Statista” tərəfindən tərtib edilən "Dünyanın aparıcı fintex şirkətləri” ("The World’s Top Fintech Companies”) reytinqində neobankinq kateqoriyası üzrə dünyanın ən yaxşı fintexləri sırasında yer alıb. Bir bu nüfuzlu siyahıya daxil edilən Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun ilk və yeganə şirkətidir.

 

"CNBC” və "Statista” tərəfindən hazırlanan "The World’s Top Fintech Companies" siyahısı fintex sənayesinin ən nüfuzlu qlobal göstəricilərindən biri hesab olunur. Siyahı gəlirlilik, mənfəətlilik və digər maliyyə göstəriciləri, müştəri sayı, kredit və depozit portfellərinin artımı, əməliyyat həcmi, bazar payı və əməkdaş sayı kimi əsas performans göstəricilərinin (KPI) hərtərəfli təhlili əsasında tərtib edilir. 

 

Bir ekosisteminin beynəlxalq reytinq siyahısında tanınması onun miqyasını, davamlı inkişafını və regionda texnoloji lider kimi mövqeyini, eləcə də Azərbaycanın rəqəmsal transformasiyasında oynadığı mühüm rolu bir daha vurğulayır.

Bir ekosisteminin rəhbəri Fərid Hüseynov bildirib: "Bir olaraq məqsədimiz Azərbaycanda milyonlarla insanın gündəlik həyatını daha rahat, sürətli və rəqəmsal etməkdir. Alış-verişdən ictimai nəqliyyat ödənişlərinə, pul köçürmələrindən digər maliyyə xidmətlərinə qədər gündəlik ehtiyacları vahid ekosistemdə bir araya gətirərək insanların rəqəmsal həllərdən istifadəsini daha əlçatan edir və yeni vərdişlərin formalaşmasına töhfə veririk. "CNBC” və "Statista” tərəfindən dünyanın Nubank, Revolut və Monzo kimi aparıcı fintex şirkətləri sırasında tanınmaqdan məmnunuq. Azərbaycan və Cənubi Qafqaz regionundan bu nüfuzlu siyahıya daxil edilən ilk və yeganə şirkət olmaq həm Bir ekosisteminin əldə etdiyi nəticələrin, həm də ölkəmizin fintex sektorunun qlobal səviyyədə artan rəqabət qabiliyyətinin göstəricisidir. Gələcəkdə də Bir ekosistemini inkişaf etdirməyə və Azərbaycan iqtisadiyyatının rəqəmsallaşmasına xidmət etməyə davam edəcəyik.”

Bir ekosistemi innovativ məhsul və xidmətlərini genişləndirərək ölkə üzrə daha çox istifadəçiyə çatdırmağa davam edir. Son aylarda ekosistem "Paysend” ilə tərəfdaşlıq çərçivəsində Azərbaycandan dünyanın 140-dan çox ölkəsinə beynəlxalq pul köçürmələrini istifadəyə verib, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin rəqəmsallaşdırılması layihəsinə başlayıb. Bununla yanaşı, ölkədə ilk dəfə olaraq Birbank tətbiqinə işarət dili funksiyası inteqrasiya edilərək eşitmə və nitq məhdudiyyətli şəxslər üçün maliyyə xidmətlərinə çıxış imkanları daha da genişləndirilib.

 

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

 

Daha ətraflı: bir.az 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı