Bir çoxlarının bilmədiyi satış hiyləsi - Marketlərdə niyə pəncərə olmur?

Bir çoxlarının bilmədiyi satış hiyləsi - Marketlərdə niyə pəncərə olmur?
MARAQLI
14:15 16.07.2026
875
Marketə daxil olan alıcı ilk baxışdan məhsulların çeşidinə, qiymətlərə və kampaniyalara diqqət yetirir.

Lakin əksəriyyətin fikir vermədiyi bir detal var. İri supermarket və mağazaların böyük əksəriyyətində satış zalında demək olar ki, pəncərə olmur. İlk baxışda adi memarlıq həlli kimi görünən bu yanaşma əslində marketinq strategiyasının bir hissəsidir.

AZXEBER.COM xəbər verir ki, bu yanaşmanın əsası XX əsrin ortalarında ABŞ-də qoyulub. Özünəxidmət supermarketləri geniş yayıldıqdan sonra mağazanın əsas "vitrini" küçədə deyil, satış zalının daxilində formalaşmağa başlayıb.

1956-cı ildə memar Victor Gruen ABŞ-nin Minnesota ştatında yerləşən "Southdale Center" adlı dünyanın ilk tam qapalı və iqlimə nəzarət olunan iri ticarət mərkəzini layihələndirib. Bu layihə müasir alış-veriş mərkəzlərinin başlanğıcı hesab olunur.

Maraqlıdır ki, Gruenin ilkin məqsədi insanları daha çox alış-veriş etməyə sövq etmək deyildi. O hesab edirdi ki, küçə ilə mağaza arasında vizual sərhəd aradan qaldırılmalıdır. Memarın məqsədi şəhər mərkəzlərindəki piyada mühitini şəhərətrafı ərazilərə daşımaq və insanların rahat vaxt keçirə biləcəyi ictimai məkan yaratmaq idi.

İstehlakçı davranışı üzrə aparılan tədqiqatlar göstərir ki, mağaza daxilində təbii işığın məhdud olması və xarici mühitin görünməməsi insanın zaman hissini zəiflədir. Alıcı çöldə havanın necə dəyişdiyini və günün hansı saatı olduğunu hiss etmədiyi üçün mağazada daha uzun müddət qalmağa meyilli olur. Mağazada keçirilən vaxt artdıqca isə planlaşdırılmamış alış-veriş etmə ehtimalı da yüksəlir.

Məhz buna görə də 1960-cı illərdən etibarən ABŞ-də tikilən iri supermarketlərin əksəriyyəti pəncərəsiz və ya minimum sayda pəncərə ilə layihələndirilməyə başlanıb. Sonradan bu model Avropa, Asiya və digər regionlarda da geniş yayılıb.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı