Bu gecə yazıram bir şeir yenə,
Bəlkə nəsə olar nəsə dəyişər.
Bu da bir təsəlli olubdu mənə,
Bəlkə bir qeyrətsiz qeyrətə gələr.
Küçədə barlarda gəzən qızlara,
Sənətkar deyirlər indi ay Allah!
Soyunub evindən bezən qızlara,
Peşəkar deyirlər indi ay Allah!
Dəyişib görürəm daha cavanlar,
Rəşidin səsini dinləməyirlər,
Roka qulaq asıb emo olanlar,
Muğam nədir onu, heç bilməyirlər.
Fahişə özünə yeni cip alır,
Ziyalı acından günorta durur.
Əsgərlər vətənin dərdini çəkir,
Mavilər qeyrətdən çöldə dəm vurur.
Oğlana baxıram qızdan seçilmir,
Qulaqda sırqası gözdə linzası,
Arxadan baxdıqda cinsi bilinmir,
Saçları çiynindən aşağıdadı.
Birisi vətənçün canını verir,
Məktubun yazaraq ölümə gedir,
Biri də gic kimi plakat seçir,
Azad ola-ola azadlıq deyir.
Birisi tənqiddən təhqirə keçir,
Sonra da peşiman olub dərd çəkir.
Biri də hər sözdə Allahım deyir,
Qapıda bacada narkotik əkir.
Şeiri hər kəsə qısqanıram mən,
Dəftər qaralayan indi şairdi,
Baxıram romana utanıram mən,
Guya bu yazıçı, guya nasirdi.
Allahım qaytar sən o şairləri,
İndi qələm tutan tez şeir yazır.
Utanıb qızarmır da heç üzləri,
Yerindən duranda kitab buraxır.
Tərbiyə, mərifət qalmayıb daha,
Danışan ağzını söyüşlə açır.
Qeyrətdən, namusdan danışan ata,
Qızını gecələr çölə buraxır.
Çarə yox ölümə, bunu bilirəm,
Bəs hara gedəcəm onu bilmirəm.
Yazıram vərəqə sonra silirəm,
Oxuyan olacaq bunu bilmirəm.
Deyirlər maşını sürən bax itdi,
Deyirəm ay balam o bir insandı.
Sonradan görürəm yox-yox it nədi,
Onlara it demək özü günahdı.
Ümidsiz yaşamaq yaman çətindi,
Keçmişə qayıtmaq olmur bilirəm.
Bu can da bu ruh da Allah sənindi,
Nüsrət dediyini mən də deyirəm:
Diz çöküb qarşında dua edirəm,
Ucalardan uca bilirəm səni.
Saxla öz yanında ruhumu Allah
Bir də bu dünyaya gətirmə məni.
Namərdi mərdindən çox olacaqsa,
Alim ac, gədalar tox olacaqsa.
Yaranmışlar bir gün yox olacaqsa
Bir də bu dünyaya gətirmə məni...
7 yanvar 2011 Elmir Murquzov