“Bir damla qan, min ümidə can”: Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR

“Bir damla qan, min ümidə can”: Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
İQTİSADİYYAT
13:01 24.09.2026
175
23 sentyabr tarixində "27 sentyabr – Anım Günü”nə həsr olunmuş "Bir damla qan, min ümidə can” devizi ilə keçirilən qanvermə aksiyasının ilk ünvanı Lənkəran-Astara bölgəsi olub.

AZXEBER.COM xəbər verir ki, aksiya çərçivəsində Lənkəran-Astara bölgəsində fəaliyyət göstərən Marsol Region partnyorları, şirkət əməkdaşları və yerli sakinlər, eləcə də Lənkəranda işgüzar səfərdə olan Marsol Group partnyorları qanvermə aksiyasına qoşularaq xeyirxah təşəbbüsə öz dəstəklərini göstəriblər.

Könüllü qanvermə zamanı donorların sağlamlıq vəziyyəti mütəxəssislər tərəfindən yoxlanılıb və müvafiq tibbi müayinədən sonra qan götürülüb.

KOBİA və İCMA-nın birgə təşkilatçılığı, Marsol Group, Məlhəm Beynəlxalq Hospital, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə keçirilən aksiya 24 sentyabr tarixində Quba-Xaçmaz və Şəki-Zaqatala, 25 sentyabr tarixində isə Bakı şəhərində davam edəcək.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR