"Bir dərsi bir ilə keçirdik, bizə qıraqdan baxıb gülürdülər" – FOTO MÜSAHİBƏ

GƏNCLİK
01:50 25.10.2011
1942

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.Festivalın informasiya partnyoru AZXEBER.COM portalı paytaxtdan festivala qatılan truppaların təlim-məşq toplantılarından müsahibələrtəqdim etməkdə davam edir. Bu səfər isə,“Günəşə doğru” pyesini səhnələşdirən,gənclərindən təşkil edilmiş truppanı ziyarət etdik.

AZXEBER.COM portalı “Günəşə doğru” pyesinin quruluşçu rejissoru Tərlan Abdullayevin müsahibəsini olduğu kimi təqdim edir.

- Özünü oxucularımıza təqdim et.

- Mən Abdullayev Tərlan, Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsiyəm. Rejissorluq fakültəsində təhsil alıram. 

- Tərlan, necə oldu ki, bu festivala qoşulmaq qərarına gəldin?

- İnternetdə və sosial şəbəkələrdə olan elanlarla tanış oldum. Daha sonra müraciət edim və müraciətim qəbul edildi. Ssenarilərlə tanış oldum sonda isə, “Günəşə doğru” pyesini işləmək istədiyimi söylədim. Festivalın idarə heyəti isə mənim bu təklifimi isti qarşıladılar və mən ssenari üzərində işləməyə başladım.

- Niyə məhz “Günəşə Doğru” pyesini seçdin?

- İlk növbədə mövzu mənim çox xoşuma gəldi çünki burada mənim düşündüyüm vətənpərvərlik çalarları daha ön planda idi.

- Hazırda hansı işlər gedir?

- Hazırda məşqlərimiz davam edir. Artıq aktyorlar öz rollarını tam olaraq qavrayıblar. 

- Bu günə kimi hansı nailiyyətlər əldə etmisən bu sahədə?

- Hələlik heç bir nailiyyətim olmayıb, amma bu yaxınlarda universitet səviyyəsində Qazaxıstanda keçiriləcək festivala öz əsərimizi göndərdik və bizim əsər orada bəyənildi. Hazırda o festivalda iştirak etmək üçün də hazırlıq görürük. 

- Qeyd etdin ki, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsisən. Necə düşünürsən, hazırda oxuduğun universitetdə yetərincə yaradıcı gənclər varmı?

- Hazırda universitetdə yaradıcı gənclər çoxdur. İlk dəfə bu universitetə gələndə bəzi uşaqlar olurdu ki, özlərini çox yuxarıdan aparırdılar. Onlar içəri girən kimi, “mənə Hamleti verin mən oynayacam” deyirdilər. Bəlkə də, o zaman mən də o fikirlərlə yaşayırdım. Amma sonra gördüm ki, bu peşədə Hamleti oynamaq bəs etmir. İlk növbədə kiçik işlərdən başlamaq lazımdır. Sözümü ona gətirirəm ki, Hamleti oynamağa can atanlar kiçik işləri özlərinə sıxışdırmırlar və onlar buna görə heç vaxt Hamleti oynaya bilmirlər. Məsələn, elə vaxt olurdu ki, biz bir dərsi bir ilə keçirdik, qıraqdan baxıb bizə gülürdülər. Ancaq hər şey işin dərinliklərini öyrənməkdən keçir. 

- Sən özün incəsənətə istəyərək gəlmisən?

- Bəli, mənim uşaqlıqdan arzum incəsənətdə təhsil almaq olub. Hətta uşaq olarkən, baxdığım filmlərdə mənim üçün maraqlı suallar doğurdu. Hərdən fikirləşirdim ki, “görəsən bu filmləri kimlər çəkib?”. Bu suallar məni incəsənətə gətirib çıxartdı. 

- Bu suallara cavab tapa bildinmi?

- Əslində hələ ki cavab axtarıram. Amma artıq bilirəm ki, peşəkar rejissor olduğum gün bütün suallarıma cavab tapacam. Bununda səbəbi mənim müəllimimdədir. Mənim müəllimim Vidadi Rüstəmovdur.O, mənim cavab axtardığım bütün sualların həllində mənə hər zaman kömək edib.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR