Bir ekosistem “Ai4 2025” beynəlxalq konfransında təmsil olunub

Bir ekosistem “Ai4 2025” beynəlxalq konfransında təmsil olunub
İQTİSADİYYAT
11:05 19.08.2025
908

Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi Şimali Amerikanın ən böyük süni intellekt sənaye tədbiri olan "Ai4 2025” konfransında təmsil olunub.

Tədbirdə ekosistemi PAŞA Holding-in Baş data inzibatçısı Valeh Nəbiyev, Bir Ekosistemin İnkişafı Departamentinin rəhbəri Mehdi Aslanov, eyni zamanda bankın Data menecment ofisinin lideri Seymur Şabanlı və Bir Ekosistem Analitikası Departamentinin rəhbəri Şəhriyar Məmmədlidən ibarət nümayəndə heyəti təmsil edib.  

2018-ci ildən etibarən keçirilən konfrans bu il Las Veqas şəhərində baş tutub. 85 ölkədən 8000-dən çox iştirakçının qatıldığı tədbir "Süni intellektin biznesdə tətbiqləri, etik tərəfləri və gələcək inkişaf perspektivləri” mövzusuna həsr olunub. Proqram çərçivəsində məlumatların idarə olunması, həmçinin təhsil, maliyyə, səhiyyə və dövlət sektorunda süni intellektin istifadəsi ilə bağlı müzakirələr aparılıb.

Konfransda "Süni intellekt dövründə məlumatların idarə olunması” mövzusunda çıxış edən Valeh Nəbiyev Bir ekosistemin bu istiqamətdəki yanaşması və təcrübəsi barədə məlumat verib. "Bir ekosistemi süni intellektin tətbiqi sahəsində unikal təcrübəyə sahibdir. Bunun üçün bizim strategiyamız, peşəkar komandamız var. Ekosistem özündə böyük təcrübəyə malik ölkənin qabaqcıl şirkətlərini əhatə edir. Hazırda bizim fəaliyyətimiz ayrı-ayrı layihələrlə yanaşı miqyaslana bilən AI transformasiyasına yönəlib. Strategiyamız rəhbər heyətdən başalayaraq vizion və vahid qaydaları, həmçinin komandaların çevik innovasiyasını özündə birləşdirir. Biz məlumatların idarə olunmasını risklərə nəzarət aləti kimi deyil, süni intellektin sürətlə və etibarlı tətbiqi üçün əsas körpü kimi görürük. Bu yanaşma ekosistemdə AI layihələrinin – müştəri xidmətlərinin avtomatlaşdırılmasından əməliyyat səmərəliliyinin artırılmasına qədər – davamlı və təhlükəsiz inkişafını təmin edir”.

Süni intellekt sahəsində dünyanın nüfuzlu tədbirlərindən biri olan konfrans, həmçinin ekosistemin nümayəndə heyətinə beynəlxalq istiqamətdə yeni tanışlıqlar, təcrübə mübadiləsi və əməkdaşlıq imkanları da qazandırıb. 

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”