Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
İQTİSADİYYAT
16:08 28.10.2026
117

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib.


AZXEBER.COM xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA) ilə birgə həyata keçirilən "Qayıt İş 2” layihəsinə başlanılıb. Layihə çərçivəsində namizədlər arasından seçilən Qarabağ sakinləri Bir ekosistemi və DMA-nın Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan xüsusi nəzəri və praktiki təlimlərdə iştirak edəcəklər. Təlim mərhələsini uğurla başa vuran iştirakçılar əldə etdikləri bilikləri real iş mühitində tətbiq edərək ekosistem daxilində işlə təmin olunacaqlar.


Təşəbbüsün əsas məqsədi iştirakçıların peşəkar potensialının inkişafına töhfə vermək, praktiki bacarıqlarını gücləndirmək və məşğulluq imkanlarını genişləndirməkdir.


Layihəyə Bir ekosisteminin baş ofisində keçirilən tanışlıq görüşü ilə start verilib. Görüş zamanı iştirakçılar ekosistemin iş mühiti, korporativ dəyərləri və komanda mədəniyyəti ilə tanış olub, proqramın məqsədləri və növbəti mərhələləri barədə ətraflı məlumat əldə ediblər.


Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qayıdan vətəndaşların məşğulluğuna dəstək göstərilməsi və onların müasir rəqəmsal maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi Bir ekosisteminin fəaliyyət istiqamətləri arasında xüsusi yer tutur. Bu məqsədlə, ötən il Füzuli şəhərində ekosistemə daxil olan Milliön və m10 brendlərinin telesatış mərkəzi istifadəyə verilib. Mərkəzdə 20 nəfər Qarabağ sakini çalışaraq vətəndaşlara birbaşa xidmət göstərir.


Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Kapital Bank-ın əmtəə nişanı olan Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirilib
16:41 28.10.2026
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirilib
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
16:39 28.10.2026
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Baba Vəziroğlu Ramiz Mehdiyevdən danışdı: “Cəzasını Allah verəcək”
16:34 28.10.2026
Baba Vəziroğlu Ramiz Mehdiyevdən danışdı: “Cəzasını Allah verəcək”
Həmin məktəbə psixoloqlar cəlb edildi - RƏSMİ
16:34 28.10.2026
Həmin məktəbə psixoloqlar cəlb edildi - RƏSMİ
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
16:17 28.10.2026
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
Cənubi Koreya "Google" və "Apple"ı cərimələdi
16:16 28.10.2026
Cənubi Koreya "Google" və "Apple"ı cərimələdi
Evdən 10 minlik qızıl oğurlayan şəxs saxlanıldı
16:15 28.10.2026
Evdən 10 minlik qızıl oğurlayan şəxs saxlanıldı
Övladınızın həyat yoldaşı seçiminə müdaxilə edərdiniz? – VİDEOSORĞU
16:13 28.10.2026
Övladınızın həyat yoldaşı seçiminə müdaxilə edərdiniz? – VİDEOSORĞU
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
16:08 28.10.2026
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
15:26 28.10.2026
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
15:22 28.10.2026
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
15:22 28.10.2026
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
15:02 28.10.2026
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
14:50 28.10.2026
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
14:49 28.10.2026
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
14:25 28.10.2026
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb