Azərbaycan Ordusunun daha iki əsgəri minaya düşüb.
AZXEBER.COM-un məlumatına görə, hadisə bu gün səhər saatlarında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, cəbhənin Goranboy istiqamətində qeydə alınıb.Belə ki, Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Cəmil Veysəl oğlu Məmmədov və 19 yaşlı Çingizxan Sevgixan oğlu Cərrahov minaya düşüblər.Hər iki əsgər ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib və onların hər birinin bir ayağı amputasiya edilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.