Martın 18-də, bazar günü “Çölçülər ədəbiyyat mərkəzinin” üzvülərindən dört yazarın kitab təqdimatı oldu. Təqdimat Xəzər unversitetinin akt zalında baş tutdu. Kitabın müəllifləri Xanəmir, Şahlar, Namiq və Tofiqin təqdimat mərasiminə demək olar ki, ədəbi ictimaətin əksər kəsimindən təşrif gətirənlər toplaşmışdır.
Mərasimi unversitetin yaradıcı əməkdaşı Güenel Xəzər açaraq sözü ünversitetin mətbuat xidmətinin sədrinə verib mərasimi iştrakçıların ixtiyarına buraxdı.
Dört yazarın fərqli üslub və mövzuları əhatə edən kitablarının təqdimatında hər bir yazarın oxucu aditoriyası qarşısnda xeyli sualları cavablandırmasından, şeirlər oxumasından tutun da, kitabların imzalanmasına qədər maraqlı bir gün yaşandı. Yazarlar təmsil elədikləri ədəbi təşkilatları haqqında da oxuculara ətraflı bilgi verdilər. Bu təşkilatda birləşən yazarların çağdaş Azərbaycan ədəbiyyatının var olmasındakı töhfəsi barədə də fərqli fikirlər səsləndirdilər.
Yazarların ən maraqlı cəhəti ondan ibarət idi ki, ilk dəfə dört yazar eyni anda kitablarının təqdimatını keçiridi. “ÇÖLÇÜLƏR ƏDƏBIYYAT MƏRKƏZI”-CƏM seriyasından çıxan bu kitabların çapı belə ən özgür vasitələrdən istifadə edilərək nəşr olunmasına da toxunuldu. Mərasimdə bu gün mövcud olan nəşr problemlərindən, yazarlarımızın azad bazar iqdisadiyyatı dönəmində qarşılaşdıqları sorunlardan da söhbət açıldı, fərqli fikirlər səsləndirildi.
Hər bir yazar konkret olaraq onlara ünvanlamış olan suallara, yaradıcılıqları ilə bağlı sorulara cavab verdilər.
Tədbirin aparıcısı “Çölçülər Ədəbiyyat Mərkəzinin” yaradıcılarından biri olan yazar Bəxtiyar Elcan mərasimin belə yüksək səviyyədə alınmasından böyük məmnunluq hiss keçirdilkərini də gizlətmədi.
Xatırladırıq ki, adıgedən yazarların nöbəti kitab təqdimat mərasimləri Odlar Yurdu unversitetində olacaq.