Bir il idi, onu görmürdüm, görüşüb onu vurdum - VİDEO

Bir il idi, onu görmürdüm, görüşüb onu vurdum - VİDEO
Bütün Xəbərlər
17:53 18.09.2014
2520
“Mən də dedim, bu heyfi onda qoymayacağam”.
Abşeron rayonunda qətl törədilib.
AZXEBER.COM xəbər verir ki, rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Balakən rayon sakini, 1986-cı il təvəllüdlü Abdulla Saramanov aralarında yaranmış mübahisə zəminində tanışı, Qax rayon sakini, 1982-ci il təvəllüdlü Ramil Məmmədova 5 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
 
Təqsirləndirilən şəxs mərhumla 2-3 il əvvəl tanış olduğunu deyib: “Bir dəfə kafedə mübahisəmiz düşdü, qaçıb getdi. Sonra telefonda danışdıq. Dedim, gəlsin görüşək, gəlmədi, mənə söyüş söydü. Mən də dedim, bu heyfi onda qoymayacağam. Bir il idi, onu görmürdüm. Dünən görüşdüm və vurdum”.
 
Abdulla Saramanov mərhumla hansı səbəbdən mübahisə etdiklərini deməyib. Təqsirləndirilənin qətlə yetirdiyi şəxsi 1 il axtardığını təsdiqləməsi bu qanlı hadisənin dərin köklərinin olduğunu deməyə əsas verir. Abşeron rayon Polis Şöbəsi də bu faktı araşdırır.
 
Qeyd edək ki, mərhum Ramil Məmmədov Abşeron rayon Polis Şöbəsinin yaxınlığındakı dayanacaqda qətlə yetirilib.
OXŞAR XƏBƏRLƏR