9 noyabr Azərbaycan Respublikasının “Dövlət Bayrağı” günü ilə əlaqədar olaraq üç rəngli bayrağın tarixi haqqında rejissor Nəriman Süleymanov məlumatlandırma xarakterli video material hazırlayıb.
Filmin ideya müəllifi və rejissoru olan Nəriman Süleymanov videoda ilk dəfə Azərbaycanda üç rəngli dövlət bayrağının necə qəbul edildiyini, sonrakı qərarları, dəyişiklikləri və 9 noyabr sərəncamı haqqında məlumat verib.