Bu gündən Azərbaycan telekanalları Azerspace 1 ∕ Africasat-1a, 460 E peykinə keçir.
Bununla əlaqədar artıq bəzi telekanalların Türksat 3A peykindən mövcud yayımı dayandırılıb.AZXEBER.COM-un məlumatına görə, hazırda AzTV, İdman Azərbaycan, İctimai TV, Mədəniyyət telekanallarının Türksat peyki ilə yayımı dayandırılıb.Günün sonunadək Azərbaycan paketinə daxil olan digər kanalların da Türksat vasitəsilə yayımı tam dayandırılacaq.Azərbaycan paketinə daxil olan kanalların Azerspace 1∕ Africasat 1a peykindən yayımı qəbul tezliyi-11169.15 MHs, H, S/R-20400 Mb/s vasitəsilə həyata keçirilir.