Ə.Kərimlinin əleyhinə yazılmış plakatlar daşıyan gənclər bildiriblər ki, Azərbaycanda siyasi sabitliyi pozmaq istəyənlər düşmənimiz olan ermənilərə xidmət edirlər.
Aksiya iştirakçıları “Malış” xalq səni yaxşı tanıyır”, “Vətən xaini Əli Kərimliyə ar olsun”, “Əli Kərimli+islamçılar”, “Biz Əli Kərimliyə, dövlətini satanlara yox deyirik”, “Azərbaycanın gələcəyini düşünməyənlərə ar olsun”, “Ermənipərəst Əli Kərimliyə və müxalifətə ar olsun”, “Azərbaycan gəncliyi belə müxalifət istəmir”, “Mavi, mavi, mavi”, “Mavi. Mavi, masmavi”, “Azərbaycanın inkişafını istəməyənlərə yox deyirik”, “Əli Kərimli sənin ailə üzvlərin Londonda hansı pullarla yaşayır”, “Yeni Azərbaycan Partiyası və İlham Əliyevə eşq olsun”, “Yaşasın müstəqil, demokratik Azərbaycan”, “Azərbaycanın inkişafı yalnız YAP və İlham Əliyevlə mümkündür” şüarları səsləndiriblər. Bildirilib ki, Azərbaycan gəncliyinin yeganə yolu İlham Əliyev yoludur. Azərbaycan gəncliyinin heç zaman bu yoldan dönməyəcəyini deyən aksiya iştirakçıları vurğulayıblar ki, onlar seçimini artıq ediblər. Həmçinin qeyd olunub ki, Azərbaycan gənclərini müxtəlif insanların baxışları deyil, milli birlik birləşdirir.
Aksiya iştirakçıları daha sonra Füzuli küçəsinə çıxaraq Heydər Əliyev adına Saraya tərəf yürüş ediblər. Yürüş boyu yuxarıdakı şüarları yenidən səsləndirən gənclər sarayın qarşısında aksiyanı başa çatdırıblar.
/// SIA.AZ