Bu gün səhər saatlardan bir neçə dairə üzrə namizədlər MSK-nın binası önündə aksiya keçirib.
AZXEBER.COM xəbər verir ki, həmin şəxslər namizəd olduğu dairələrin ləğvini tələb edib.
MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bu məsələyə toxunub.
O deyib: "Ola bilər ki, hansısa məqsəd üçün təxribat xarakterli addımlar atsınlar”.
O bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır.
"Amma durub MSK-nın şöbə müdirini içəri buraxmırlar. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”.