Bir qrup qadın Hindistan səfirliyində çılpaq aksiya keçirdi - VİDEO

Bir qrup qadın Hindistan səfirliyində çılpaq aksiya keçirdi - VİDEO
Bütün Xəbərlər
11:10 19.01.2012
3624

Etiraz aksiyasının “çılpaq” növü ilə tez-tez gündəmə gələn Femen hərəkatıfəalları Ukraynada Hindistan səfirliyi binası önündə növbəti unikal nümayişlərini keçiriblər. Bir qrup feminist yaxınlıqdakı binanın verandasında çılpaq nümayişlər həyata keçirərək “Ukrayna Bardel deyil” kimi şüarlar səsləndirib. İcazəsiz aksiya zamanı çılpaq etirazçılardan biri binanın giriş qapısına tərəf qaçaraq, əlindəki Hindistan bayrağı ilə səfirliyin binasına daxil olmağa cəhd göstərib. Sonda əraziyə gətirilmiş polis qüvvələri məsələyə müdaxilə edərək bir neçə feministi saxlayıb.Qeyd edək ki, feministləri qəzəbləndirən, Hindistan hökumətinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin immiqrant qadınları haqqında verdiyi bəyanat olub. Belə ki, bəyanatda adı çəkilən ölkələrdən Hindistan sərhədlərinə daxil olan qadınların ölkəyə əksər hallarda əxlaqsız fəaliyyət məqsədilə gətirildiyi bildirilir. Ölkə hökumətinin məsələylə bağlı qəbul etdiyi müvafiq qərara əsasən, Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstandan olan gənc qızların ölkəyə gəlməsi üçün viza şərtləri baxımından bir sıra məhdudiyyətlər tətbiq edilib.

Ans Press

OXŞAR XƏBƏRLƏR