Bir tələbədən BDU-nun 95 yaşına təbrik əvəzi

GƏNCLİK
18:26 14.11.2014
2903

Məktəbi yenicə bitirib sevgi dolu istəyimlə Universitetimə daxil olmuşdum, ideal saydığım və sayacağım universitetimə. Şagirdlik pilləsindən tələbəlik pilləsinə addımlamış 17 yaşlı gənc üçün universitet həyatını dərindən anlamaq o qədər də asan olmur. Və ola da bilməz. Gərək ki,həyatda hər bir şeyi dərindən mənimsəmək üçün onu sevəsən, sevərək yaşayasan. Eynilə 1 illik Bakı Dövlət Universitetində yaşadığım həyatım kimi. Düzdür ki, mən universitetimi sevərək,istəyərək gəlmişəm. Amma universitetə olan sevgimin sönməməsində, davamlı olmasında bir neçə şəxsin mühüm rolu olub. Başlıca olaraq akademik, professor Abel Məhərrəmova təşəkkürümü bildirirəm.

Müəllim sözü müqəddəs, müqəddəs olan isə müəllimlikdir.Yəni müqəddəs olanlar, öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır müəllimlər. Müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır. Universitet həyatında 4 il boyunca tələbə özlüyündə müəllimləri seçib-ayırır, mənəvi və maddi olaraq yalnız bilik verən deyil, onu formalaşdıran müəllimlərə özünün idealı kimi baxır. Buradan-ideal sandığım müəllimlərdən başlanan və bitməz olan BDU hekayətim:

“Birinci ilin ilk smestri idi. Auditoriyaya cavan bir müəllim daxil oldu.Cavan olmasına rəğmən auditoriyanı əlində cəmləşdirən bir müəllim idi, Bəhruz Məhərrəmov. O dönəmdə politoloqu hüquq nöqteyi nəzərindən yetişdirəcək bir müəllimin gəlişi yenicə qazandığım uğurumun uğuru idi. Sözün əsl mənasında “İnsan hüquqları” fənnini mənimsətdirərək, insan problemlərinin aradan qalxması yolunda mövzularla əlaqədar bildiklərinin hər birini bizə incə detallarla öyrətdi.

Sevindirici hal nədə idi?-Qrupun bir nəfəri belə onun əməyini yerdə qoymamışdı,hər birimiz imtahanı uğurla başa vurmuşduq. Bəhruz müəllimlə ayrılığımız mənən mənə təsir etmişdi. Amma fevral hadisəsinədək. Allahım hər şeyi yazmışdı və boşluğu doldurmağı yalnız zamana buraxmışdı. Fevral ayında bir dönüş yarandı. İxtisasıma olansevgidə bu dönüşdən başladı. Məftunə Abdullayevanın bizə gəlişi məni politologiyaya bağladı. Sevdirdi və sevdim ixtisasımı. 3-4 aylıq dərs müddətində müəlliməmizdən aldığımız biliklər sayəsində müvəffəqiyyətlə hər birimiz imtahanı başa vurduq.

Həyatda təsadüflərə inanmıram, möcüzlərə inanıram. Əgər nəsə baş verməlidirsə, demək ki, baş verəcək. Bax,o zaman burada heç bir təsadüfdən söhbət gedə bilməz.Təsadüfi deyil ki, Məftunə xanımın bizə dərs demək üçün auditoriyaya girməsi və psixoloq Fuad Bayramovun gəlişi tam-tamına möcüzələrə əsalanırdı.Tanrının bizə yetirdiyi bilinməz möcüzələrə.

1 ay yarım! Bu müddətdən sonra ideal hesab etdiyim müəllimlərdən biri Fuad müəllim bizdən ayrılır,digəri isə bizimlə birlikdə addımlayır BDU həyat yollarının nərdivanını…

Başda rektorumuz-professor Abel Məhərrəmov olmaqla bütün müəllimlərə minnətdarlığımı bildirirəm. Bəhruz hocam, Məftunə müəllimə və Fuad müəllim, inanın ki,verdiyiniz əvəzi ödənilməyənbiliklərə və mənəvi dəstəklərə görə ömür boyu sizə borclu olacam.”

Bu da mənim bir illik BDU təəssüratlarım.Hekayəmi burda bitirməyə məcburam.Davamının necə olacağını bir sözlə cavablandıra bilirəm:Susqunluq..Beləliklə,sənin 95 yaşın,mənim 1 yaşım tamam olur.Təbrikər…

İn fact I promise you: “I’ll enter theauditorium as a teacher one day whichI enter as a studenttoday.Welived our yesterday,we live ourtoday,andthat’s why I am grateful to you,Baku State University”

Rövşən Tahir, BDU Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi, 2-ci kurs

OXŞAR XƏBƏRLƏR