Bir uşaq atası canına qıydı

Bir uşaq atası canına qıydı
Bütün Xəbərlər
12:09 11.12.2014
780
Zaqatalada intihar hadisəsi baş verib.
Zaqatala rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə gecə Masex kəndində qeydə alııb.
Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Nuru Məmməd oğlu Ramazanovun həyətdəki tikilidə asılmış meyiti tapılıb. Onun meyitini ailə üzvləri aşkarlayıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, 42 yaşlı kişi intihar edib.
Qeyd edək ki, Nuru Ramazanov ailəlidir və bir uşaq atasıdır. Onun əsəblərində problem olduğu bildirilir. Lakin yaxınları onu sakit insan olduğunu bildiriblər.
Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR