Azərbaycanda məşhur marketin iflas olmasının şok səbəbi - milyonluq maxinasiya

ÖZƏL
14:54 23.09.2016
15641

 

Bir vaxtlar ölkənin ən məşhur marketlər şəbəkəsi olan "Almalı” marketin bağlanması ilə bağlı maraqlı iddia ortaya çıxıb.

AZXEBER.COM-un elektron ünvanına Elmar Həsənov adlı vətəndaşın göndərdiyi məlumatda marketin bağlanmasında müxtəlif maliyyə maxinasiyalarının olduğu və nəticədə küllü miqdarda vəsaitin mənimsənildiyi qeyd edilib.

Məlumata görə, qısa zaman kəsimində respublikanın bir çox bölgələrində açılan marketin çox keçmədən bağlanması böyük sualların ortaya çıxmasına səbəb oldu. 

Belə ki, 2006-cı ildə yaranan və qısa müddətdə məşhurlaşan marketin sahibləri ilk gündən marketi Araz Ağalarovun marketləri kimi qələmə verməyə çalışıblar. Onlar bununla öz "təhlükəsizlik”lərini qarantiyə almaq istəyiblər. Məlumatda bildirilir ki, bunun bir digər səbəbi isə marketin əsl sahibi Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri Fuad Axundovun adının görünməməsinə çalışmaq olub:

"2006-cı ildə Beynəlxalq Maliyyə Korporasiyası bayrağı altında Azərbaycana sərmayə qoyuluşu adı ilə "ADA” şirkətlər qrupu yaradır və "Almalı” marketlər şəbəkəsi qururlar. İxtisasça maliyyəçı menecer olduğundan qısa zamanda gözə çarpan, cəlb edici görüntü və reklamlardan istifadə etməklə yüksək səviyyəli brend ticarət şəbəkəsi yaratmışdır. Azərbaycanda misli olmayan iri ticarət şəbəkəsi əhalinin bütün təbəqələrinin sevimlisinə çevrilmişdi. Bu səbəbdən sahibkarlar bir-birləri ilə rəqabət edərək Almalı ilə əməkdaşlıq etməyə can atırdılar. Hətta sahibkarlar Almalının satışına mal verməkdən ötrü "şapka” verirdilər. Bu andanda mərhələli formada maliyyə fırıldağına start verilmişdi. Mərhələli formada mal verən sahibkarlara süni borclar yaranırdı. Bu borclar mal verən sahibkaları narahat etmirdi, çünkü süni yaradılmış"Almalı” bazarına girmək problemi sahibkarları bu fikirdən uzaqlaşdırırdı.

Son 6 ayı Almalı Ticarət şəbəkələrində işləyənlərin də zəhmət haqqısı verilmədi. Beləliklə, sahibkarlara borclanma, vergi borcları, icarə haqlarının borcları (icarəyə götürülmüş mağazalar), kredit borcları, maaş borcları maksimal səviyyəyə qaldırıldıqdan sonra "Almalı” şəbəkəsinin müflüsləşməsi elan edildi.

İlkin hesablamalara görə nisyə mal vermiş sahibkarların 50mln. manata, icarə borcları üzrə 250 min. manat, vergi borcları üzrə 2 mln. manata qədər və banklardan alınmış kreditlər mənimsənilmişdi. Əlbətdə ki, ticarətdən ən az anlayışı olan belə anlayır ki, ticarətdə ziyan mümkündür. Lakin heç bir xərc qarşılanmamış halda açıq aşkar satılan malların tam dəyərinin mənimsənilməsi mümkün deyil. Belə ki, satılmış malların tam dəyəri ticarət dövrüyyəsindən mərhələli formada kanarlaşdıraraq mənimsənilmişdi”.

Məktubda hazırda marketin sahibi iddia edilən Fuad Axundovun İngiltərədə yaşadığı qeyd olunub. Eyni zamanda məlum iflas zamanı ziyan dəymiş sahibkarların bir araya toplaşdığı və ictimaiyyət üçün mətbuat konfransı keçiriləcəyi bildirilib.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb