Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir

Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
İQTİSADİYYAT
11:10 23.06.2026
312

Qafqazın ilk tam inteqrasiya olunmuş e-ticarət, bankçılıq və ödəniş ekosistemi olan Bir, Böyük Britaniyada yerləşən qlobal ödəniş platforması "Paysend” ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda fərdi müştərilər üçün real vaxt rejimində (ani) beynəlxalq pul köçürmələrini istifadəyə verib.

Tərəfdaşlıq Bir-in elektron pulqabı tətbiqi m10 vasitəsilə həyata keçirilir və istifadəçilərə 140-dan çox ölkəyə birbaşa mobil telefonları üzərindən pul göndərmək imkanı yaradır.

Bu təşəbbüs Bir-in sərhədlərarası ani ödəniş imkanlarını genişləndirərək beynəlxalq köçürmələri daha sürətli, şəffaf və rahat edir. Xidmət xüsusilə ölkədən kənarda  yaşayan ailələrə pul göndərmək, xaricdəki xərclərini qarşılamaq və səyahət zamanı maliyyə əməliyyatlarını asanlaşdırmaq istəyən istifadəçilər üçün yeni imkanlar açır.

Xidmətin istifadəyə verilməsi Qafqazın əhalisinə görə ən böyük ölkəsi olan Azərbaycanın rəqəmsal xidmətlərə artan tələbi fonunda baş verir. İstehlakçılar getdikcə daha çox rəqəmsal ödənişlərə və e-ticarət həllərinə üstünlük verirlər.

Bir-in Ödənişlər Biznesi üzrə rəhbəri Cəlal Orucov bildirib:

"Azərbaycandakı istifadəçilər üçün beynəlxalq köçürmələr mühüm xidmət sahəsidir. "Paysend” ilə əməkdaşlıq çərçivəsində Bir-in sərhədlərarası ödəniş imkanlarını genişləndirərək, yerli əməliyyatların sürətini və sadəliyini beynəlxalq ödənişlərə daşıyırıq. Bu, Bir-in sürətlə böyüyən maliyyə ekosistemi kimi mövqeyini gücləndirir və Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verir, ölkənin Avropa və Asiya arasında strateji körpü rolunu daha da möhkəmləndirir. Daha sürətli, təhlükəsiz və inklüziv maliyyə əlaqələri daha inteqrasiya olunmuş regional rəqəmsal iqtisadiyyatın formalaşmasına xidmət edir”.

"Paysend”-in korporativ biznes rəhbəri Danny May isə qeyd edib:

"Müasir, bir-birinə bağlı iqtisadiyyatda uğurlu olmaq üçün bizneslərin etibarlı, çevik və qlobal ödəniş infrastrukturuna çıxışı vacibdir. Biz Bir ilə tərəfdaşlıqdan məmnunuq və 140-dan çox ölkə üzrə beynəlxalq ödəniş imkanlarının genişlənməsinə dəstək veririk. Birlikdə fərdi müştərilər üçün daha sürətli və rahat pul köçürmələrini təmin edərək qlobal maliyyə əlaqələrini gücləndiririk”.

Bir və "Paysend” tərəfdaşlığı istifadəçilərə sərhədlərarası pul köçürmələrini daha rahat və səmərəli şəkildə həyata keçirməyə imkan verir. Bir ekosistemi hazırda Azərbaycanda 5 milyondan çox istifadəçiyə xidmət göstərir və ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişafına töhfə verir. m10 vasitəsilə ani beynəlxalq köçürmələrin istifadəyə verilməsi Bir ekosistemində aktivliyin daha da artmasına, həmçinin Birbank vasitəsilə gündəlik bank xidmətləri və Birmarket üzərindən onlayn alış-veriş kimi tamamlayıcı xidmətlərin istifadəsinin genişlənməsinə töhfə verəcəyi gözlənilir.

Bir haqqında

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

 

Ətraflı məlumat üçün: bir.az

 

"Paysend” haqqında

"Paysend” dünyanın ən böyük sərhədlərarası rəqəmsal şəbəkəsini qurmaq məqsədi daşıyan maliyyə texnologiyaları şirkətidir. Şirkət fərdi və korporativ müştərilər üçün sərhədlərarası pul köçürmələrini istənilən yerdə, istənilən valyutada və istənilən üsulla daha sürətli, daha ucuz və daha əlçatan etməyə fokuslanır.

2017-ci ildə kartdan-karta köçürmələrin tətbiqi ilə əsası qoyulan "Paysend”, bu gün ənənəvi pul köçürmələrindən daha geniş imkanlar təqdim edən kompleks maliyyə həlləri təklif edir.

Qlobal fəaliyyət şəbəkəsinə malik, London, Belqrad, Dublin və Mayami şəhərlərində ofisləri yerləşən şirkət 170-dən çox ölkədə 11 milyondan artıq müştəriyə xidmət göstərir. Şirkət sərhədlərarası ödənişləri daha sadə və əlçatan etmək üçün 25 milyarddan çox ödəniş nöqtəsinə çıxış imkanı yaradır.

Ətraflı məlumat üçün: paysend.com

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
15:17 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Rusiyalı aparıcı Bakıda - VİDEO
15:06 23.06.2026
Rusiyalı aparıcı Bakıda - VİDEO
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
15:06 23.06.2026
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
15:02 23.06.2026
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
14:59 23.06.2026
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
14:42 23.06.2026
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
14:37 23.06.2026
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
14:33 23.06.2026
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
14:17 23.06.2026
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
14:02 23.06.2026
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
13:55 23.06.2026
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
13:52 23.06.2026
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
13:34 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
13:31 23.06.2026
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
13:20 23.06.2026
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
13:18 23.06.2026
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR