"Arzum" ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın məhkəmə zalında həbs olunması diqqətləri son illərdə cinayət məsuliyyətinə cəlb olunan digər tiktokerlərə də yönəldib.
AZXEBER.COM hazırda həbsxana həyatı yaşayan tiktokerlərlə bağlı araşdırma aparıb.
"Roşka" ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra tiktokerin məhkəmə iclası bir neçə dəfə keçirilsə də, müxtəlif səbəblərdən təxirə salınıb.
"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı ötən il 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.
Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva bu ilin aprel ayında cinayət məsuliyyətinə cəlb edilib.

O, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Xatırladaq ki, bu gün həbs ediləb Arzum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. O 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktoker məhkəmə zalında həbs edilib.
Məhkəmə bu hökmü çıxararkən törədilmiş cinayətin ağır nəticələrini, habelə zərərçəkmiş tərəflə barışığın əldə olunmamasını yüngülləşdirici halların tətbiqinə mane olan amil kimi qəbul edib.
Fəridə Əsədzadə











































