Bir zamanlar pul sayırdılar, indi isə... – Bankdan yüksək vəzifəyə gələnlər

ÖZƏL
15:58 29.08.2018
14167
Xəbər verdiyimiz kimi, dünən Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçilər təyin edilib. Bununla Birinci vitse-prezidentin köməkçilərinin sayı 6-ya çatıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın yeni köməkçiləri Xalid Əhədov və Emin Hüseynovun hər ikisi bu sahəyə bank sektorundan gəlib.

AZXEBER.COM mövzunun aktuallığını nəzərə alaraq, Azər Niftiyevin təqdimatında hazırda yüksək vəzifə daşıyan keçmiş "bankirlər”lə bağlı araşdırma yazısı hazırlayıb.

Vergilər naziri Mikayıl Cabbarov əmək fəaliyyətinə bank sektorunda başlayıb. Müxtəlif banklarda hüquqşünas kimi çalışan gələcək nazir ardınca banklara hüquqi yardım edən şirkətlərdən birində ortaq olub. 
 

 

2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində işləyib. 2004-cü ildə İqtisadi İnkişaf Nazirliyindən uzaqlaşan M.Cabbarov bir müddət "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsini tutub. 2013-2017-ci illərdə Təhsil naziri olub. Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə Vergilər naziri vəzifəsinə təyinat alıb.

Maliyyə naziri Samir Şərifov nazir olmaqla yanaşı Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan üzrə təmsilçi direktordur. 10 ildən artıqdır ölkəmizdə nüfuzlu dünya bankının təmsilçiliyini həyata keçirən nazir peşəkar əmək fəaliyyətinə Yəməndə SSRİ səfirliyinin iqtisadçısı kimi başlayıb.
 

 

1995-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor, 2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, 2003-2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri işləyib. 2006-cı ilin aprel ayından Maliyyə naziri vəzifəsində çalışır.

Təhsil naziri Ceyhun Bayramov da "bankir” kimi əmək fəaliyyətinə başlayıb. Müxtəlif banklarda hüquqşünas kimi çalışan gələcək nazir bir müddət banklara hüquq xidməti göstərən "OMNİ” hüquq şirkətinin direktoru olub.
 

 

Özəl sektordan birbaşa dövlət idarəçiliyinə keçid edən C.Bayramov 2013-cü ildə bir neçə ay Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb. 2013-2018-ci illərdə Təhsil nazirinin müavini işləyib. Prezident İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Təhsil naziri təyin olunub.

Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədovun dünənki təyinata qədər fəaliyyəti bütünlüklə bank sektoru ilə əlaqəli olub. 20 ilə yaxındır bank sahəsində çalışan 38 yaşlı məmurun ilk iş yeri "Bank of Baku”da komanda rəhbəri vəzifəsi olub.
 

 

Daha sonra adıçəkilən bankda pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri, İdarə Heyəti sədrinin müavini, "Unibank”da İcraedici komitənin üzvü, icraçı direktor, "Bank Standard”da baş direktor, "Azər Türk Bank"da İdarə Heyətinin sədr əvəzi, "Beynəlxalq Bank"da İdarə Heyətinin əvvəlcə sədr müavini, daha sonra sədri və bankın Müşahidə Şurasının üzvü kimi çalışıb. Paralel olaraq "Atəşgah sığorta"nın müşahidə şurasının üzvü, Millikart Prosesinq Mərkəzinin Direktorlar Şurasının sədri vəzifələrində işləyib.

Birinci vitse-prezidentin daha bir yeni köməkçisi Emin Hüseynov bu vəzifəyə Maliyyə nazirinin müavini postundan gəlsə də, tərcümeyi-halında bankçılıq fəaliyyəti də öz əksini tapır. 20 il öncə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində iqtisadçı kimi çalışan E.Hüseynov uzun müddət bu sahədə qərar tutub.
 


Beynalxalq Valyuta Fondunun Bakıdakı Daimi Nümayəndəliyində, Dünya Bankının Azərbaycandakı ölkə ofisində, Mərkəzi Bankda müxtəlif vəzifələr tutan E.Hüseynov 2013-2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasında prorektor işləyib. Gələcək məmur sonradan yolunu Maliyyə Nazirliyindən salıb və son təyinata qədər bu nazirlikdə rəhbər vəzifə tutub.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov da keçmiş "bankirlər”dəndir. 23 yaşından bu sahədə çalışan gələcək direktorun ilk iş yeri Milli Bankda iqtisadçı vəzifəsi olub.
 

 

1995-2005-ci illərdə Azərbaycan Milli Bankında baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb. 2005-2006-cı illərdə Milli Bankın Baş direktoru vəzifəsində işləyib. Paralel olaraq Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir. 12 ildən artıqdır Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru vəzifəsində çalışır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının baş direktoru Rüfət Aslanlı əmək fəaliyyətinə "Aqrar Sənaye bankı”nda iqtisadçı-mühasib kimi başlayıb.  Ardınca bu bankda baş iqtisadçı işləyib.
 

 

2000-2001-ci illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-2006-cı illərdə Milli Bankın İdarə Heyətinin üzvü, 2006-2008-ci illərdə Milli Bankın baş direktoru, İdarə Heyətinin sədr müavini postlarını tutub. 2008-2016-cı illərdə isə Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışan R.Aslanlı iki ildən artıqdır Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədridir.

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, Milli Məclisin deputatı Kamran Nəbizadənin də ilk iş yeri bankla bağlı olub. Türkiyənin "Garanti Bankasında" çalışan K.Nəbizadə sonradan yolunu Dövlət Neft Şirkətindən salıb. 
 

 

1993-cü ildən 1998-ci ilə gədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb. 1998-ci ildən 2003-cü ilə gədər "LUKoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub. 2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb. 2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir. Bir ilə yaxındır Azərbaycan Sənaye Korporasiyasının baş direktorudur.

Xatırladaq ki, sabiq İqtisadi İnkişaf naziri Heydər Babayev da "bankir” olub. SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, "Xariciiqtisadibank”ın Türkiyədə baş nümayəndəsi, "Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyib.

// Azər Niftiyev, AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:51 01.06.2020

Azərbaycanda 15 ağır koronavirus xəstəsinə immum plazma köçürüldü - RƏSMİ

12:48 01.06.2020

Milli Məclisə gələn jurnalistlərdən tibbi maska taxmaq tələb olunur

12:40 01.06.2020

Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı

12:32 01.06.2020

Azərbaycan Prezidenti ilə Asiya İnkişaf Bankının rəhbərləri arasında videokonfrans keçirilib

12:17 01.06.2020

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - BDU-nun sabiq rektorunun oğlu idi

11:58 01.06.2020

Məleykə Abbaszadə: "Çalışırıq ki, imtahanlarda rayonlararası gediş-gəliş azalsın"

11:52 01.06.2020

Naqif Həmzəyev: Dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər

11:30 01.06.2020

Azərbaycanda yenilik: Bu şəxslərə COVID-19-a görə 525 dollar veriləcək

11:26 01.06.2020

DİM sədri: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”

11:25 01.06.2020

DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ

11:19 01.06.2020

Bank Respublika Uşaqların Müdafiəsi Günündə Aprel şəhidlərinin övladlarını təbrik etməyi unutmayıb - FOTOLAR

11:12 01.06.2020

“Yoruldum”, “gücüm çatmır” deyirsinizsə, mütləq oxuyun!

11:04 01.06.2020

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı maraqlı - VİDEO

10:58 01.06.2020

Kapital Bank yenilənən Ağdam filialını istifadəyə verdi

10:51 01.06.2020

Anası ilə bacısını öldürəndən sonra Toğrul evdən qaçıb - Rəsmi açıqlama

10:41 01.06.2020

Bakıda iki yaşlı qız faciəvi şəkildə öldü