Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini daha sərfəli edən yeni kampaniyaya start verir.
AZXEBER.COM xəbər verir ki, 6 – 31 avqust 2026-cı il tarixlərində Birbank Biznes tətbiqində krediti başdan-başa onlayn rəsmiləşdirən müştərilər 5%-dək endirim əldə edəcəklər.
Kreditin rəsmiləşdirilməsi tam onlayn həyata keçirilir. Zaminə, girova, biznesə baxışa və əlavə sənədlərin təqdim edilməsinə ehtiyac yoxdur. Bu isə sahibkarlara vaxt itirmədən maliyyə vəsaitinə çıxış imkanı yaradır.
Mikro biznes krediti sahibkarlıq və peşə fəaliyyəti ilə məşğul olan, VÖEN-ə malik fiziki şəxslər üçün nəzərdə tutulub. Ticarət, istehsal, xidmət, gözəllik sahəsi, kənd təsərrüfatı və digər istiqamətlərdə fəaliyyət göstərən sahibkarlar 500 manatdan 50 000 manatadək məbləğdə krediti Birbank Biznes tətbiqində tam rəqəmsal şəkildə əldə edə bilərlər.
Birbank Biznes-in təqdim etdiyi rəqəmsal həll sayəsində kredit müraciəti qısa müddətdə qiymətləndirilir və seçilmiş müştərilər vəsaiti təxminən bir neçə dəqiqə ərzində əldə edə bilirlər. Bununla da sahibkarlar bizneslərini inkişaf etdirmək üçün lazım olan maliyyəyə daha operativ və rahat şəkildə çıxış əldə edirlər.
Kampaniya haqqında ətraflı məlumat: www.b-b.az/5vac
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.











































