Birbank-ın dəstəyi ilə ictimai nəqliyyat sistemində yeni dövr başlayır

Birbank-ın dəstəyi ilə ictimai nəqliyyat sistemində yeni dövr başlayır
İQTİSADİYYAT
15:48 05.11.2025
359

Ölkənin ilk rəqəmsal bankı Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə ölkənin ictimai nəqliyyat sistemində yeni dövrün başlanğıcı hesab ediləcək layihə reallaşdırılıb.

 

AZXEBER.COM xəbər verir ki, belə ki BakıKart-la birgə həyata keçirilən layihə çərçivəsində artıq vətəndaşlar Bakı Metropolitenində gediş haqqını istənilən banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə bilərlər. Bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem "Apple Pay”, "Google Pay” ödəniş sistemləri ilə yanaşı, "Birbank”, "BakıKart” və "m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.

Qeyd edək ki, rəqəmsal ödənişləri və ictimai nəqliyyatdan nağdsız istifadəni dəstəkləyən təmassız (NFC) ödəniş sisteminin il sonunadək marşrut avtobuslarında da tətbiqi nəzərdə tutulub.

Xatırladaq ki, Birbank və BakıKart-ın birgə əməkdaşlığı ilə daha öncə də ictimai nəqliyyatda vətəndaşlar üçün QR ödəniş imkanı yaradılıb. Sistemin tətbiqi nəticəsində Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
07:39 19.09.2026
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
05:21 19.09.2026
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı