Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı

Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı
İQTİSADİYYAT
16:40 22.05.2025
1478

Azərbaycanlı alpinist Vəfa Musayeva dünyanın ən hündür nöqtəsi olan Everest zirvəsini fəth edərək tarixi bir uğura imza atdı. Bu möhtəşəm nailiyyətə gedən yolda onun əsas tərəfdaşlarından biri isə Birbank oldu.

8848 metr yüksəklikdə yerləşən Everest dağı Nepal və Çin sərhədində, Himalay dağ silsiləsində yerləşir. Bura qalxmaq coğrafi baxımdan ən çətin zirvələrindən biri sayılır. Ekstremal hava şəraiti, -40°C-yə qədər düşən temperatur, oksigen çatışmazlığı, güclü küləklər və yüksək risklər alpinistlər üçün bu səyahəti son dərəcə çətin və təhlükəli edir. Bu səbəbdən Everestə qalxmaq yalnız fiziki güc deyil, həm də yüksək iradə, psixoloji dayanıqlılıq və illərlə davam edən ciddi hazırlıq tələb edir.

"Mən səkkiz ildir Everesti fəth etməyi düşünürdüm. Lakin son iki ildə bu məqsəd üçün çox ciddi hazırlaşırdım” – deyə Bakıya qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Vəfa Musayeva bildirib. "Çətinliklərin çox olmasına baxmayaraq, mən bunu bacardım”.

Vəfa Musayeva bildirib ki, bu zirvəyə aparan yolda Birbank-ın dəstəyi onun üçün xüsusi rol oynayıb: "Birbank komandası mənimlə hər gün əlaqə saxlayır, motivasiya verirdi. Mən onların dəstəyini daim hiss edirdim. Bu qədər inam və dəstək qarşısında mən də Azərbaycan üçün irəli getdim” – deyə alpinist vurğulayıb.

O, zirvəyə çatdığı anı isə belə xatırlayır: "Zirvəyə çatanda özümdən asılı olmadan bir də gördüm ki, alnımı Everestə qoymuşam. Ona məni qəbul etdiyi üçün təşəkkür etdim. Dağlar həqiqətən də müqəddəs yerlərdir. O səni çağırmalı və qəbul etməlidir. Mən buna inanıram. Daha sonra bayrağımızı səmaya qaldırdım və emosional duyğular yaşadım. Külək və şaxta idi, orada çox qalmaq olmazdı. Ancaq bayrağımızla şəkil və qısa bir video çəkdirə bildim, daha sonra geri qayıtdım”.

Qeyd edək ki, Birbank bir çox istiqamətlərdə qadınların liderlik və təşəbbüskarlıq sahələrindəki inkişafını hər zaman dəstəkləyir və Vəfa Musayevanın bu uğurunu qadın gücünün, qətiyyətin və milli qürurun parlaq nümunəsi kimi qiymətləndirir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
19:53 08.11.2026
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
19:42 08.11.2026
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
19:40 08.11.2026
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
19:35 08.11.2026
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR