Birbank Invest: investisiyaya aparan rəqəmsal yol

Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İQTİSADİYYAT
16:28 15.07.2026
147
İnvestisiya etmək artıq maliyyə bazarlarını yaxından izləyən və vəsaitini dəyərləndirmək istəyən hər kəsin üstünlük verdiyi imkanlardan biridir. 2025-ci ilin iyun ayında istifadəyə verilən Birbank Invest qısa müddətdə onminlərlə istifadəçinin seçiminə çevrilib. Azərbaycanda bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi olan platforma istifadəçilərə cəmi 1 ABŞ dollarından başlayaraq investisiya etmək, yerli və qlobal maliyyə bazarlarına tam rəqəmsal, rahat və təhlükəsiz çıxış əldə etmək imkanı yaradır. 

Fəaliyyət göstərdiyi 1 il ərzində Birbank Invest istifadəçilərinə təqdim etdiyi investisiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün platformada 12 000-dən çox səhm və ETF üzrə investisiya etmək mümkündür. Ötən dövr ərzində platformaya 1000-dən çox yeni investisiya aləti əlavə olunub. Eyni zamanda Birbank Invest 2.0 versiyası ilə daha rahat istifadəçi interfeysi, yerli kapital bazarında ilkin və təkrar bazarda ticarət imkanları, ABŞ bazarı üzrə geniş maliyyə göstəriciləri və investorların qərarverməsini asanlaşdıran yeni funksiyalar istifadəyə verilib.
Birbank Invest ölkənin kapital bazarında mühüm hadisələrdən biri olan PAŞA Bank-ın ilk kütləvi səhm təklifi (IPO) zamanı da investorların ən çox istifadə etdiyi platforma olub. 10 000-dən çox unikal investor məhz Birbank Invest vasitəsilə IPO-da iştirak edib və tətbiq üzərindən 11 000-dən artıq sifariş yerləşdirilib.

Kapital Bank-ın İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev öz sosial şəbəkə hesabında bu haqda paylaşım edib. O bildirib ki, investisiya maliyyə bazarlarını yaxından izləyən insanlarla yanaşı, vəsaitini dəyərləndirmək istəyən hər kəs üçün əlçatan olmalıdır. "Bizim üçün əsas göstərici təkcə istifadəçi sayı deyil. Əsas məsələ insanların investisiyaya münasibətinin dəyişməsidir. Əgər əvvəllər investisiya daha çox peşəkarların maraq dairəsi hesab olunurdusa, bu gün rəqəmsal həllər sayəsində daha çox insan vəsaitini dəyərləndirməyə başlayır. Birbank Invest-in qısa müddətdə qazandığı etimad da bu dəyişimin ən aydın göstəricilərindən biridir”.

Tam rəqəmsal qeydiyyat, 24/7 sifariş yerləşdirmə, portfeli real vaxt rejimində izləmə imkanı, rəqabətli komissiyalar və SIPC çərçivəsində 500 min ABŞ dollarınadək aktivlərin sığortalanması Birbank Invest-in istifadəçilərinə təqdim etdiyi üstünlüklər sırasındadır. Qeyd edək ki, Kapital Bank-ın əmtəə nişanı olan Birbank Invest "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunub və həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
17:24 15.07.2026
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
14 il şiddət görən qadının əri saxlanıldı
17:20 15.07.2026
14 il şiddət görən qadının əri saxlanıldı
Azərbaycanda estetik görünüşün qiyməti: Hansı əməliyyat neçəyə başa gəlir?
17:13 15.07.2026
Azərbaycanda estetik görünüşün qiyməti: Hansı əməliyyat neçəyə başa gəlir?
ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?
17:06 15.07.2026
ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?
Bir vaxtlar yalnız filmlərdə görürdük: Dünya nəhəngləri Azərbaycana necə gəldi?
16:44 15.07.2026
Bir vaxtlar yalnız filmlərdə görürdük: Dünya nəhəngləri Azərbaycana necə gəldi?
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
16:28 15.07.2026
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
16:27 15.07.2026
İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF
16:22 15.07.2026
Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF
Bakının gecə iqtisadiyyatı: Şəhər yatanda kimlər qazanır?
16:18 15.07.2026
Bakının gecə iqtisadiyyatı: Şəhər yatanda kimlər qazanır?
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
15:53 15.07.2026
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
15:45 15.07.2026
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
15:32 15.07.2026
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
15:19 15.07.2026
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
15:15 15.07.2026
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
15:13 15.07.2026
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
14:48 15.07.2026
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır