“BirBank”ın “Ürəklər”inə qoşulmaq daha rahat oldu

İQTİSADİYYAT
10:28 28.07.2020
441
"BirBank”ın "Ürəklər” loyallıq proqramına qoşulmaq indi daha asan və rahat oldu. Proqrama qoşulmaq istəyənlər partnyorlar hesab açmadan, POS terminal quraşdırmadan "BirBank" mobil tətbiqinin hədiyyələr bölməsində öz təkliflərini verə bilərlər. Bunun üçün banka yaxınlaşmadan www.kapitalbank.az/birbank/hearts linkinə keçid edərək, əməkdaşlıqla bağlı sorğunu göndərmək lazımdır.

Bununla da partnyorlar təklif edəcəyi xidmət və ya məhsulla geniş auditoriyanın diqqətini cəlb edərək, xidmətlərin və məhsulların tanınmasına, brendin möhkəmlənməsinə, müştəri vizitlərinin sayını artmasına nail olacaqlar.

Məlumat verdiyimiz kimi, "BirBank" tətbiqinin istifadəçiləri POS terminal, İnternet və "BirBank" vasitəsilə ödənişlər edərək, "ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Qeyd edək ki, "BirBank" vasitəsilə "Kapital Bank" ASC-yə aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan "BirBank" tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və yaxud 196 Məlumat Mərkəzi.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:44 13.08.2020

Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq

19:30 13.08.2020

Oğlunu öldürən atanın məhkəməsi başlayır

18:59 13.08.2020

Birinci vitse-spiker: “Yerli icra hakimiyyəti ancaq sui-istifadə hallarına yol verirdi” - MÜSAHİBƏ

18:28 13.08.2020

DTX-nin saxladığı Eldar Həsənov kimdir? - Dosye

17:58 13.08.2020

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

17:48 13.08.2020

DTX-dən əməliyyat: Eldar Həsənov Bakıda tutuldu - RƏSMİ

17:43 13.08.2020

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilir - FOTOLAR

17:33 13.08.2020

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

17:11 13.08.2020

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

16:53 13.08.2020

Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

16:49 13.08.2020

Avqustda temperatur çoxillik normadan aşağı enəcək - Xəbərdarlıq

16:45 13.08.2020

İqtisadiyyat Nazirliyində yeni təyinatlar

16:27 13.08.2020

Müdafiə naziri: "TSQ-nin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs vəzifəsini yerinə gətirəcək"

16:16 13.08.2020

Azərbaycanda növbəti tədris ili ilə bağlı yeni təkliflər hazırlandı

16:11 13.08.2020

Türkiyənin Müdafiə Naziri: “Azərbaycan tək deyil, 83 milyonluq Türkiyə yanındadır”

16:09 13.08.2020

Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

X Mostbet