Müəmmər Qəddafi tərəfdarları tankların köməyi ilə Misurat şəhərinə daxil ola bilib. BBC-nin məlumatına görə, şəhər limanı Liviya gəmiləri tərəfindən blokadya alınıb. Qarşıdurmalar nəticəsində 10 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. Bu arada Amerika Birləşmiş Ştatları ordusunun qərargah rəislərinin Birləmiş Komitəsinin sədri, admiral Mayk Mulen Liviyadakı hərbi əməliyyatların birinci hissəsinin uğurlu olduğunu deyib. Onun sözlərinə görə, müttəfiq qoşunları Müəmmər Qəddafi qoşunlarının Benqaziyə doğru hərəkətini dayandıra bilib.
Hərbi əməliyyatın uğurlu keçdiyini Böyük Britaniyanın müdafiə naziri Liam Foks da təsdiqləyib.