Birinci sinfə qəbul prosesi başa çatır

Birinci sinfə qəbul prosesi başa çatır
SOSİAL
10:40 02.09.2026
171
2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatmaq üzrədir.

AZXEBER.COM xəbər verir ki, mayın 6-dan etibarən həyata keçirilən qəbul prosesi 3 sentyabr saat 18:00-da yekunlaşacaq. Bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.

I sinfə qəbul elektron şəkildə www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə qəbul prosesi ilə bağlı alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə, həmçinin ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Bildirilib ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqlar üçün ümumi təhsil müəssisələrinə elektron qəbul sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.
OXŞAR XƏBƏRLƏR