Birinci və ikinci kursda oxuyanlara ATGTİ-dən xoş xəbər
GƏNCLİK
22:18 18.01.2012
1982
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “Liderlik Məktəbi” layihəsinin gənclərin inkişafında və ictimai fəallığının artırılmasındakı əhəmiyyətini, tələbələrin bu layihəyə olan marağını və çoxsaylı müraciətlərini nəzərə alaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə layihəni davam etdirir.ATGTİ-dən AZXEBER.COM-a bildirilib ki, fevralın 13-18-də Xızıdakı “Cənnət bağı” İstirahət Kompleksində tələbələr üçün növbəti Qış “Liderlik Məktəbi” keçiriləcəkdir. Layihədə iştirak etmək istəyən tələbələr www.atgti.az saytına daxil olmaqla online ərizə-anket formasını doldurmalıdırlar. “Liderlik Məktəbi”ndə bütün ali və orta ixtisas təhsil müəssisələrinin I və II kurs tələbələri iştirak edə bilərlər.