Bahar Azərbaycana martın 20-də gələcək.
Azərbaycanda ilk çərşənbə fevralın 23-də keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, bunu APA-ya Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.
O bildirib ki, Azərbaycanda axır çərşənbə isə martın 15-də qeyd olunacaq.
X. Mikayılov qeyd edib ki, bahar Azərbaycana 2016-cı ildə martın 20-də Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində gələcək.