Birinci vitse-prezident Teymur Mustafayevin ailəsinə başsağlığı verdi

MANŞET
12:54 14.06.2020
2659
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Teymur Mustafayevin ailəsinə başsağlığı verib.

AZXEBER.COM-un xəbərinə görə, başsağlığında deyilir

"Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq artisti Teymur Mustafayevin vəfatı xəbərini kədər hissi ilə qarşıladım.

Teymur Mustafayev müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən, xanəndəlik məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmış sənətkar idi. 

O, muğam və xalq mahnılarımızı dünyanın müxtəlif ölkələrində yüksək məharətlə ifa etməklə onlara ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilmiş, Azərbaycan musiqisinin təbliğində böyük xidmətlər göstərmişdir. Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
 

Allah rəhmət eləsin!”.

OXŞAR XƏBƏRLƏR

X Mostbet