Türkiyədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adına ziyafət verilib.
Çankaya iqamətgahında,Osmanlı salonunda ziyafəti Türkiyə prezidenti Abdullah Gülün həyat yoldaşı Hayrünnisa Gül təşkil edib. Əvvəlçə adıçəkilən iqamətgahda Azərbaycan prezidenti və xanımının rəsmi qarşılanma mərasimi baş tutub. Daha sonra dövlət başçıları mükafatlandırılblar. Prezidentlər arasında toplantılar başlayanda isə, birinci xanımın şərəfinə yemək verilib. Ziyafət bir saat yaxın davam edib. Ziyafətdə baş nazir Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, XİN rəhbəri Əhməd Davudoğlunun arvadı Sare Davudoğlu, enerji və təbii sərvətlər naziri Taner Yıldızın həyat yoldaşı Selma Yıldız və azərbaycanın Türkiyədəki səfirinin xanımı Lalə Bağırova da iştirak edib.
![](/file/pic/xeber/2013-11-13/80810.jpg)
![](/file/pic/xeber/2013-11-13/80811.jpg)
![](/file/pic/xeber/2013-11-13/80812.jpg)
![](/file/pic/xeber/2013-11-13/80813.jpg)