Bəzi insanlar mübahisə və ya inciklikdən sonra münasibəti düzəltməyə çalışsa da, elələri var ki, bir dəfə qərar verdikdən sonra geri addım atmır. Xüsusilə etibarları sarsıldıqda və şəxsi sərhədlərinin pozulduğunu düşündükdə həmin insanı həyatlarından tamamilə çıxara bilirlər.
AZXEBER.COM Demokrat.az-a istinadən bildirir ki, astroloji yanaşmalara görə, bu xüsusiyyəti ilə seçilən 4 bürc var.
Əqrəb – Etibar bir dəfə sarsıldıqda...
Əqrəblər üçün münasibətlərdə ən vacib məsələlərdən biri etibardır. Xəyanətə uğradığını və ya aldadıldığını düşünən Əqrəb qarşı tərəfə ikinci şans verməkdə çətinlik çəkə bilər.
Onlar qərarlarını hər zaman açıq şəkildə ifad etməsələr də, zamanla həmin insandan uzaqlaşırlar. Birini həyatlarından tamamilə çıxardıqdan sonra əvvəlki yaxınlığı bərpa etmək Əqrəblər üçün olduqca çətin olur.
Oğlaq – Sözə yox, davranışa inanır
Oğlaqlar emosional qərar verməkdənsə, yaşananları uzun müddət analiz etməyə üstünlük verirlər. Münasibətin onlara zərər verdiyini düşündükləri zaman geriyə qayıtmaq əvəzinə yollarına davam etməyi seçirlər.
Onlar üçün üzr istəməkdən daha çox davranışların dəyişməsi önəmlidir. Etibar bir dəfə itirildikdə Oğlağın fikrini dəyişməsi asan olmur.
Dolça – Bağını qopardıqdan sonra geriyə baxmır
Dolçalar münasibəti bitirməzdən əvvəl emosional olaraq qarşı tərəfdən uzaqlaşa bilirlər. Davamlı mübahisələr, təzyiq və ya azadlıqlarının məhdudlaşdırılması onların münasibəti birdəfəlik bitirməsinə səbəb ola bilər.
Dolça bağını qopardıqdan sonra keçmiş münasibəti yenidən canlandırmaqdansa, yeni insanlara və fərqli təcrübələrə yönəlməyə üstünlük verir. Kənardan soyuq görünə bilsələr də, bu qərarın arxasında adətən uzun müddət davam edən düşünmə prosesi dayanır.
Buğa – Səbrinin də bir həddi var
Buğalar səbirli olduqları üçün münasibətləri ilk problemdəcə bitirmirlər. Lakin eyni davranışla dəfələrlə qarşılaşdıqda onların da səbr kasası daşır və qəti qərar verirlər.
Qərar verdikdən sonra geri addım atmağı zəiflik kimi qiymətləndirə bilərlər. Etibarlarını yenidən qazanmaq uzun vaxt tələb etdiyindən, həyatlarından çıxardıqları bir insana geri qayıtmaları olduqca çətin olur.











































